12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ilə Türkiyə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib
Tarix: 22-12-2023 18:42 | Bölmə: Slayd
Rusiya ilə Türkiyə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında normallaşmanın təşviqində region ölkələrinin xüsusi rolunu nəzərə alaraq, Cənubi Qafqazdakı mövcud vəziyyətə diqqət yetirməklə ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər eyni zamanda Rusiya-Türkiyə əməkdaşlığının müəyyən aspektlərinə, o cümlədən ən yüksək səviyyələrdə qarşıdan gələn təmasların qrafikinə toxunublar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər