12:36 / 14-06-2025
Sabah yağış yağacaq
20 ölkə böyük böhrana qarşı birləşir - Fotolar
Tarix: 22-12-2023 19:31 | Bölmə: Slayd
20 ölkə böyük böhrana qarşı birləşir

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyadakı ölkələrin sayı 20-ni ötdüyü bir vaxtda husilərin Qırmızı dənizdəki hücumları dünya ticarətinin istiqamətini dəyişib.

Reyting.az
xəbər verir ki, Yəmənin qərbinə nəzarət edən Husi döyüşçüləri ilk olaraq İsrailin cənubundakı Eylat şəhərinə ballistik raketlər atıb, daha sonra kamikadze dronlar buraxıblar.

Husilərin növbəti addımı İsrailin yük gəmisini ələ keçirmək və digər gəmilərə hücum etmək olub. İranın dəstəklədiyi Husi qrupu İsrail limanlarına gedən bütün gəmiləri də hədəf seçiblər.



Qırmızı dənizə döyüş gəmiləri yerləşdirən ABŞ və müttəfiqləri həll yolunu beynəlxalq işçi qrupunun yaradılmasında tapıblar. Qırmızı dənizlə Ədən körfəzi arasındakı 32 kilometr enində Bab əl-Məndəb boğazı hazırda ən təhlükəli su yoludur. Bir çox beynəlxalq şirkətlər və neft nəhəngləri artıq öz yüklərini Qırmızı dəniz marşrutu ilə göndərmirlər.

Məlumata görə, yük gəmilərinin yeni marşrutu Afrika qitəsini gəzərək Atlantik okeanından Avropa limanlarına çatmaqdır. “MSC”, “Evergreen Line”, “Maersk”, “CMA-CGM” kimi dünyanın ən böyük gəmiçilik şirkətləri ilə yanaşı, BP kimi neft nəhəngi də gəmilərinin Ümid burnuna gedən marşrutunu dəyişiblər. Onu tam olaraq dövrə vurmaq ən azı 6 min 500 kilometr əlavə məsafə deməkdir. Bu, daşınma müddətini təxminən iki həftə artıracaq və şirkətlərə milyonlarla dollara başa gələcək.

Qırmızı dənizlə Aralıq dənizini birləşdirən Süveyş kanalı administrasiyası, artıq onlarla gəminin Bab əl Mandap burnuna deyil, Ümid burnuna doğru üzdüyünü açıqlayıb. Beləcə, bu marşurut təxminən 100 ildən sonra yenidən əsas ticarət yoluna çevrilib.

Qeyd edək ki, Ümid burnu Afrika qitəsinin ən cənub hissəsidir. Yüksək dalğalar səbəbiylə gəmi məzarlığı kimi tanınan Ümid burnuna gedən sonuncu şirkət Çinli avtomobil istehsalçısı “Geely” olub. “Geely” öz elektrikli avtomobillərini Avropaya göndərmək üçün Ərəb dənizi, Ədən körfəzi, Qırmızı dəniz və Aralıq dənizi marşrutlarından yararlanıb. Şirkət xəbərdarlıq edib ki, yeni marşrutla avtomobil satışında müəyyən gecikmələr ola bilər.

Xatırladaq ki, Süveyş kanalı Asiya ilə Avropa arasında ən sürətli dəniz yoludur. Bu marşrut neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün xüsusilə vacibdir. Dəniz nəqliyyatı sənayesində ixtisaslaşmış “Vortexa” analitik şirkətinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Süveyş kanalı ilə gündə təxminən doqquz milyon barel neft nəql edilib. Ekspertlər bildiriblər ki, bu, təxminən 15 dəniz yolu ilə Asiya və Körfəz vasitəsilə göndərilib. Buraya emal olunmuş neftin 21,5 faizi və xam neftin 13 faizi daxildir. Lakin problem təkcə neftdə deyil. Konteyner gəmiləri bu marşrutla mağazalarda satılan hər cür istehlak məhsulunu daşıyır. Dənizçilik mütəxəssisləri türkcə “Gözyaşı Qapısı” mənasını verən Babülmandep boğazının bağlanmasından qlobal tədarük zəncirinin ciddi şəkildə təsirlənəcəyini bildirir.



Mütəxəssislərə görə, qlobal ticarətin yüzdə 12-ni təşkil edən Bab əl-Məndəb boğazından ildə 1 trilyon dollarlıq yük daşınır. Çindən İsrailə doğru yola çıxan gəmilər çatmaq üçün 11 kilometr yol qət etməli olurlar.

Onu da qeyd edək ki, Çindən İsrailə daşıma qiymətləri son iki ayda 46 faiz artıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər