12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynanı münaqişəni siyasi yolla həll etməyə çağırırlar
Tarix: 26-12-2023 00:31 | Bölmə: Slayd
Ukraynanı münaqişəni siyasi yolla həll etməyə çağırırlar

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəyə son qoymaq üçün siyasi yolun qaçılmazlığını anlamağa başlayıb.

Reyting.az
xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda jurnalistlərlə söhbətində deyib.

Lukaşenkonun sözlərinə görə, 2024-cü ildə siyasi həll yolunun tapılması Ukrayna prezidenti üçün münaqişəni sülh yolu ilə bitirmək üçün yeganə şansdır.

Belarus prezidenti əlavə edib ki, rəsmi Kiyev münaqişəni siyasi yolla həll etməsə, Ukrayna dağılacaq.

Onu da qeyd edək ki, İtaliyanın müdafiə naziri Quido Krozetto da Ukraynanı sülh danışıqlarına çağırıb. Onun fikrincə, Ukrayna tərəfinə təkcə hərbi yardım göndərmək yox, həm də münaqişənin siyasi yolla həllinə çalışmaq lazımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər