12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Fransa səfiri XİN-ə çağırılıb, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib
Tarix: 26-12-2023 14:43 | Bölmə: Slayd
Fransa səfiri XİN-ə çağırılıb, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-nin müvafiq notası Fransa səfirinə təqdim edilib.




Bölməyə aid digər xəbərlər