12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ilə NATO arasında müharibə təhlükəsi artır - Xəbərdarlıq
Tarix: 27-12-2023 10:16 | Bölmə: Slayd
Rusiya ilə NATO arasında müharibə təhlükəsi artır

Litva prezidenti Gitanas Nauseda hesab edir ki, Rusiya Federasiyası NATO-ya hücum edə bilər.

Reyting.az
-ın məlumatına görə, G. Nauseda ehtimal edir ki, əlverişli ssenaridə Rusiya 5 ildən sonra Alyans ölkələri üçün təhlükə yaradacaq.

“Düşünürəm ki, bu, sadəcə olaraq bərabər şərtlərdə müzakirə yaratmaq istəyidir - Rusiyanın davranışının nə vaxt dəyişəcəyi və nəzərlərini NATO-ya nə vaxt çevirə biləcəyi sualına heç kimin qəti cavabı yoxdur. Bu, əsasən, ssenaridən, yəni Ukraynadakı müharibədən asılı olacaq”, - deyə prezident əlavə edib.

Onun sözlərinə görə, Kreml Ukraynada məqsədinə çatmasa, başqa cəbhələrdə mübarizə apara bilməyəcək. Bundan əlavə, siyasətçi qeyd edib ki, Qərb Ukraynadan üz döndərsəydi, Rusiyanın NATO-ya hücumu “baş verə bilərdi”.

“Belə bir ssenarinin başvermə ehtimalı çox aşağıdır. Söhbət Rusiyanın təsəvvür etdiyi kimi Ukraynadakı müharibəni yarıb öz resurslarını səfərbər etdikdən sonra NATO-ya hücum edə biləcəyi bir dövrdən gedir. Və bu, beş il ərzində baş verə bilər”, - deyə Nauseda əlavə edib.

Onu da xatırladaq ki, Rusiya lideri Vladimir Putin NATO-ya hücum etmək niyyətində olmadıqlarını bildirib. Bununla belə, o, Finlandiyanı problemlərlə hədələyib. Onun sözlərinə görə, Rusiyanın “NATO-ya sürüklənən” Finlandiya ilə heç bir problemi yox idi, lakin indi vəziyyət dəyişəcək.

Bundan əvvəl Belçika ordusunun komandanı Mişel Hofman deyib ki, Ukraynadan sonra Kremlin növbəti hədəfləri Moldova və Baltikyanı ölkələr ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər