16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
13:40 / 11-06-2025

18:45 / 10-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

“O gündən ona “Şəkərqara müəllim” dedik” - Süleyman Rüstəmin xatirələri
Tarix: 27-12-2023 12:22 | Bölmə: Slayd

Reyting.az vaxtaşırı mərhum Xalq şairi Süleyman Rüstəmin xatirələrini paylaşır. Bu yaddaş boxçasından daha bir sovqat Süleyman Sani Axundov haqqında olsa da, o dövrü digər ziyalılarından da bəhs edir.
S. Rüstəm xatirələrində yazır:
Uşaqlıq çağlarım Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir. Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal-hazırda Qasım İsmayılov adınadır. Yaşadığımız rayonun keçmişi, əhalisi indi də yadımdadır. Məhəlləmizdə yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və fəhlələrdi. Əlbəttə, məhəlləmizdə tək-tük varlı, dələduz, hətta qoçu da vardı. Onların üzündən bir çox ailənin günü qara keçirdi.
Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda milis idarəsı yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu.
Evimizdən bir az aşağıda (cənub tərəfdə) "Dar dalanın" düşəcəyində bir binanın ikinci mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri, müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı. Bu insanlar haqqında əlbəttə, böyük kitab yazmaq olar. Mən hazırda yazdığım "Xatirələr dəftərim"də bunları doğru, real qələmə almağa çalışıram.
Məhəlləmizdəki məktəbin adı "4-cü rus-tatar məktəbi" idi. Çar dövründə azərbaycanlıları ya tatar, ya da müsəlman adlandırırdılar. Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə "Süleyman Sani" məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş Süleyman Sani idi. Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirovun, Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri yenidən gözlərim önündə canlandı. Mənə elə gəldi ki, sinifdə oturub həmin əziz müəllimlərimin dərsini dinləyirəm.
Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə gətirib oradakı katibə təhvil verdi. Özü isə dəmirçixanasına getdi. Ailəmiz o vaxt Ləhic bağlarında istirahətdə idi. (Ləhic bağları Maştağa ilə Kürdəxanı arasındadır). Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə apardı. Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin otağına gətirib sonra yenə sinfə aparırdı. Bu munis insan mənim gələcək müəllimini Süleyman Sani idi. Zakariya bəyin qızları isə mənim başımı şirin dillə və konfetlə qarışdırırdılar.
Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə, şəriət müəllimindən. Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləbləbi kişmiş yeyərdi. Şəriət müəlliminin dərsindən bir şey başa düşmədiyimizdən sinifdə səs-küy salardıq. Buna görə də şəriət müəllimi cəza olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlərdi. (Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir az sonra).
Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, quran ayələrini oxuyar və mənasını başa salardı. Beləliklə, gözlərimizdən qara cəhalət pərdəsini götürməyə səy edərdi. Ümumiyyətlə, o vaxt bəzi müəllimlər dərslərdən zəif uşaqları öz evlərində təmənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə həmişə hazır gələrdik.
Yadımdadır, biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan bayram payı aparardıq. İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verdi. Biz kiçik ipək yaylıqdakı hədiyyəni, mizin üstünə qoyanda Mir Həsən müəllim təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?! Mən dilim topuq çala-çala:
- Şəkərburadır, müəllim, - dedim. O: "Necə, necə, şəkərqara?!" - deyə sual etdi. Dəsmalı açdıq. Müəllim: "Nahaq gətirmisiniz",- deyə etiraz etdi. Biz çox dil tökdükdən sonra o bayram payını qəbul etdi.
Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun adı "Şəkərqara müəllim" oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin dərslərində çox sakit oturardıq. Süleyman Sanini bir yazıçı kimi də çox sevirdik. Onun "Qaraca qız" povestini, "Qorxulu nağılları"nı dönə-dönə, maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə qələmə alınmış surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da. Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir.
Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi də unutmazdı. O öz kitablarını məktəblilərə hədiyyə verərdi. Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim qəpiklərə kitablar alıb evdə mütaliə edərdim.
İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olub.
Oxuduğum məktəbdə sevimli müəllimlərindən biri də Süleyman Saninin dostu Ağabəy İsrafilbəyli idi. O da çox qayğıkeş insan idi. Dərsdən zəif olan uşaqların evlərinə gedər, ailələrilə yaxından tanış olar, onlarla dərdləşər və əlindən gələn köməyi əsirgəməzdi.
Ağabəy İsrafilbəyli ucaboy, pəhləvan gövdəlı bir adamdı. O zaman xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların əynindən paltosunu çıxarar, kitab çantasını əlindən qapardılar. Hətta bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar. Milis belə hadisələrin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının, varlıların ərköyün balaları və qohumlarıydı. Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı. O, məktəbimizin qabağına gələn bu dələduzları yaxalayıb, hərəsini bir əlilə möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi.
Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı həmişəlik kəsilmişdi. Bu misalları gətirməkdə məqsədim müəllimlərimizin o dövrdə nə şəraitdə çalışmalarını göstərməkdir.
İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərində, bayramlarda hər məktəb öz orkestri ilə nümayişə çıxır. Lakin o zaman biz bunlardan məhrum idik. Nümayişə çıxmaq üçün qəribə hazırlığımız olurdu.
Məktəbimizdə Ramazan adlı dağıstanlı bir qarovulçu vardı. Tənəffüs zamanı o bizə pendir-çörək, iris və başqa şirniyyat satardı. Ramazan uca boylu, enlikürək, şələbığ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi.
Bayramqabağı məşq üçün hamımız beyətə toplaşardıq. Süleyman Sani həyətin başında pilləkən üstündə nümayiş qəbul edən bir general vəziyyətində durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki xudmani nümayişimiz olurdu. Bəzən Ramazanın güclü zərbələrindən vedrənin altı ayrılıb yerə düşərdi.
İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşdı. Kamal attestatını alıb ağlamağa başladıq. O, bizə "yenə də görüşəcəyik",- deyə təsəlli verdi. Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki məktəbimizlə evimizin arasındakı məsafə çox az idi. Sonralar mən şeir yazmağa başladığım illərdə də onunla tez-tez görüşürdüm. Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur.
Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal:
Vaxtilə mən ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi. Əsəbləri pozulmuşdu. Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna yazıçılar üçün kurortlara, istirahət evlərinə putyovkalar gəlmişdi. Kislovodsk sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə göndərdim. O, əlində əsa yazıçılar ittifaqına gəldi. Putyovkanı qaytarıb dedi ki: "Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan gələcəyimizə ümidlər verən gənclərimiz istifadə etsinlər. Mənimki keçib". Biz onu güclə yola gətirib putyovkanı almağa razı saldıq. Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə bir şəxsiyyət idi. Xalqımız yetirdiyi belə namuslu övladlarıyla qoy həmişə fəxr etsin”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb