12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İrəvan daha təhlükəli geosiyasi oyunlara sürüklənir
Tarix: 27-12-2023 15:37 | Bölmə: Slayd
İrəvan daha təhlükəli geosiyasi oyunlara sürüklənir

“Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional planın sabitliyi, bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”,- deyə rusiyalı diplomat əlavə edib.

M. Zaxarova bildirib ki, Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan ölkələrlə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatı təsirli artım nümayiş etdirir: “Biz öz tərəfimizdən əməkdaşlığın əsas istiqamətləri üzrə planlaşdırılan bütün layihələrin gələcəkdə də həyata keçirilməsinə sadiqik”.

Zaxarova qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaları əsasında İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün yaxşı perspektivlər yaranıb:

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərt var. Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda münaqişənin azaldılmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıdır ki, bu da “3+3” məsləhətçi regional platforması çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirməklə asanlaşdırıla bilər”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər