12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İrəvan və Bakı sülh müqaviləsini yekunlaşdırmağa doğru irəliləyir
Tarix: 27-12-2023 15:44 | Bölmə: Slayd
İrəvan və Bakı sülh müqaviləsini yekunlaşdırmağa doğru irəliləyir

“İrəvan və Bakı sülh müqaviləsinin yekunlaşmasına doğru irəliləyirlər. Ümid edirik ki, onlar sülh müqaviləsini mümkün qədər tez bağlayacaqlar”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz həqiqətən bildiririk ki, ölkələr sülh müqaviləsi üzərində işi yekunlaşdırmağa doğru irəliləyir. Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək. Ona görə də biz hamı ilə birlikdə bu işin tamamlanmasını gözləyirik. Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olmasını görürük. Və təbii ki, biz bunu dəstəkləyirik”, - Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, sülh müqaviləsinin bağlanması həm iki ölkə, həm də bütün regionda sabitlik və sülh üçün faydalı olacaq.

“Ermənistan və Azərbaycan liderləri Sankt-Peterburqda danışıqlar aparmayıblar, lakin hər kəsin ayaq üstə qısa təmas imkanı olub”, - Peskov aydınlıq gətirib və əlavə edib:

“Xeyr, onlar dünən danışıqlar aparmadılar. Lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti yerlərdə qısa təmaslar üçün həmişə yaxşı fürsətdir. Bu dəfə də belə oldu. Hər kəsin bir-biri ilə bəzi əsas məqamlar barədə ayaq üstə danışmaq imkanı var idi”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər