12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İki dövlət arasında kibersavaş gözlənilir
Tarix: 27-12-2023 16:07 | Bölmə: Slayd
İki dövlət arasında kibersavaş gözlənilir

ABŞ-ın daxili kəşfiyyat agentliyi - Federal Təhqiqatlar Bürosu (FTB) Çinin böyük kiberhücumlar həyata keçirmək üçün süni intellektdən istifadə etməsindən narahatdır.

Reyting.az
“Wall Street Journal” nəşrinə istinadla bildirir ki, Çin süni intellekt və onu idarə edəcək güclü hesablama texnologiyası əldə etməyi hədəfləyir.

Bildirilir ki, bundan sonra hakerlər daha çox məlumat oğurlayacaq və amerikalılar haqqında özəl kəşfiyyat məlumatları əldə edəcəklər.

Süni intellekt Çinə topladığı şəxsi məlumatların miqyasını və effektivliyini artırmağa imkan verəcək. Bu ehtimaldan çox narahat olan FTB-nin digər Qərb kəşfiyyatçıları və sənaye liderləri ilə görüşərək təhlükəni müzakirə etdikləri bildirilir.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə keçmiş baş müşaviri Glenn Gerstellin sözlərinə görə, Çin süni intellektdən demək olar ki, hər bir amerikalının sağlamlıq qeydlərindən tutmuş kredit kartlarından pasport nömrələrinə, valideynlərinin və uşaqlarının adlarına və ünvanlarına qədər təfərrüatların dosyesini yaratmaq üçün istifadə edə bilər.

Mütəxəssislər qeyd ediblər ki, süni intellektli söhbət robotu ChatGPT-yə şəxsi məlumatların verilməsi təhlükəlidir. Süni intellektə sirdaş kimi baxmamağı tövsiyə edən mütəxəssislərin fikrincə, şəxsi məsələləri texnologiya ilə bölüşmək düzgün deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər