12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Beş ölkə ABŞ-la birgə Çinə qarşı vuruşmağa and içib
Tarix: 29-12-2023 16:04 | Bölmə: Slayd
Beş ölkə ABŞ-la birgə Çinə qarşı vuruşmağa and içib

Çin təxminən 10 il ərzində ABŞ-la potensial müharibəyə hazır olmayacaq.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş ali komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Ceyms Stavridis deyib.

C. Stavridisin fikrincə, Cənubi Çin dənizindəki ərazi mübahisələri ilə bağlı gərginliyin yaxın 10 il ərzində yeni dünya müharibəsinə çevrilmə ehtimalı yoxdur.

“ABŞ və onun regional müttəfiqlərinin Çinlə mümkün müharibəyə hazırlaşmaq üçün 10 illik “güzəşt müddəti” var”, - deyə admiral əlavə edib.

Xatırladaq ki, ABŞ-Çin münasibətləri Tayvan boğazının həssas sularında Amerika və regional müttəfiqlərinin hərbi fəaliyyəti nəticəsində daha da gərginləşib. Çin beynəlxalq dəniz hüququna və dünyanın demək olar ki, bütün digər ölkələrinin fikirlərinə zidd olaraq, boğaza və Cənubi Çin dənizinin böyük hissəsinə nəzarətini iddia edir.

Admiral isə deyir ki, Çin nəhəng donanma qursa və aqressiv davransa da, hələ belə bir müharibəyə hazır deyil:

“Əgər biz Çinlə müharibə etsək, bu, təkcə ABŞ və Çin savaşı olmayacaq. Bizim müttəfiqlərimiz var. Belə bir hərbi kampaniyada iştirak etməyə and içən müqavilə imzalamış - Yaponiya, Cənubi Koreya, Filippin, Avstraliya, Yeni Zelandiya da var”.

Admiral bunun çox böyük atəş gücü olduğunu qeyd edib: “Məncə, Çin təxminən 10 il ərzində ABŞ-la çox yetkin bir şəkildə qarşı-qarşıya gəlməyə hazır olmayacaq. Ona görə də düşünürəm ki, burada bir növ güzəşt müddəti var, burada çəkindiriciliyi qorumaq üçün ordumuzu gücləndirə bilərik. Həmçinin diplomatiya və bütün digər vasitələr bizim münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün lazımdır”.

Çin Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Yang Yi isə deyib ki, Çin ordusu daha da güclənməli və müxtəlif ssenarilərə hazır olmalıdır. O, Çin-ABŞ müharibəsinə işarə edərək, Çin ordusunun bu döyüşə hazır olmadığı mesajını verib.

Qeyd edək ki, Tayvan boğazı ilə bağlı mübahisənin kiçik bir insident səbəbindən genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən çoxları narahatdır. Bu ssenari bu yaxınlarda Çin Kommunist Partiyasının təbliğatını qlobal auditoriyaya çatdırmaqla tanınan ingilisdilli Çin dövlət mediası “Global Times” tərəfindən genişləndirilib və təbliğ edilib.

Onu da qeyd edək ki, Çin və ABŞ-ın müttəfiqi Filippin arasında münasibətlər son aylar xüsusilə gərginləşib. Pekin Cənubi Çin dənizinin Filippinin beynəlxalq səviyyədə tanınmış müstəsna iqtisadi zonasına daxil olan enerji ilə zəngin əraziləri üzərində suverenlik iddialarını müdafiə üçün gücdən istifadə edir.

Yeri gəlmişkən, Çin lideri Si Cinpin San-Fransiskoda keçirilən sammit zamanı ABŞ prezidenti Co Baydenə açıq şəkildə deyib ki, Pekin Tayvanı materik Çinə birləşdirəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər