12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident seçkiləri: daha iki şəxsin imza vərəqələri MSK-ya təqdim olunub
Tarix: 02-01-2024 18:56 | Bölmə: Slayd
Prezident seçkiləri: daha iki şəxsin imza vərəqələri MSK-ya təqdim olunub

Növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Reyting.az
-ın xəbərinə görə, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə, namizədlərin gəlirlərinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında onlara məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya verilib.

Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edilib.

Onu da qeyd edək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər