12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İranda dəhşətli terror aktı: 100-dən çox ölü, 211 yaralı var var - Yenilənib
Tarix: 03-01-2024 23:11 | Bölmə: Slayd
İranda dəhşətli terror aktı: 100-dən çox ölü, 211 yaralı var var

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

İRNA xəbər verir ki, yaralı sayı 211 nəfərdir.

Məlumata görə, ölkədə 4 günlük matəım elan edilib.

Xatırladaq ki, Kirmanda iki ardıcıl partlayış olub. Birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.


***

İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.

***

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.

Bildirilib ki, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.

Qeyd edək ki, İranın Kirman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.

***

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.


Məlumatı "Tasnim" yayıb.

Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Partlayışın səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir(Report).

***

Bu gün İranda baş verən hücumda ölənlərin dəqiq sayı 95 nəfərdir.


Fars agentliyi xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin sayının çox olmasının səbəbi bəzi şəxslərin adlarının səhvən iki dəfə qeydə alınması olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər