00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Komitə sədri: “Komissiya neçə ildir ki, Azərbaycana qarşı qərəzli məlumatlar yayır”
Tarix: 05-01-2024 21:52 | Bölmə: Slayd

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin bir neçə ölkəni, o cümlədən Azərbaycanı sözdə dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etməsinə münasibət bildirib.
Reyting.az-ın xəbərinə görə, komitə sədri Mübariz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarında Beynəlxalq Din Azadlığı Komissiyası adlanan bir qurum var. Komissiya hər il dünya ölkələrindəki dini durumla bağlı hesabat hazırlayır:
“Sözdə beynəlxalq səviyyədə dini azadlıqların pozulmasını monitorinq edərək prezidentə, dövlət katibinə və konqresə müvafiq tövsiyələr verməklə məşğul olan BDAK 1998-ci ildə ABŞ-də müstəqil federal hökumət komissiyası kimi təsis edilib. Komissiya üzvləri prezident, Nümayəndələr Palatasında və Senatda Demokrat və Respublikaçı liderlər tərəfindən təyin edilir.
Dövlət Departamenti həmin hesabat əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağla açıqlama verir. Beynəlxalq Din Azadlığı Komissiyası neçə ildir ki, hesabatlarında Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yayır. Dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz onların diqqətinə çatdırılıb, görüşlər keçirilib, bu məsələlər müzakirə edilib. Beynəlxalq Din Azadlığı Komissiyası 2023-cü ildə ölkəmizlə bağlı dekabrda geniş xüsusi hesabat yayıb. Hesabatdakı bütün məsələlər tərəfimizdən geniş şəkildə təhlil olunub. Həmin Komissiyaya məktub göndərərək hesabatda qaldırılan məsələlərin doğru olmadığını və qərəzliliyini maddə-maddə onların diqqətinə çatdırıb etirazımızı ifadə etmişik. ABŞ-nin Dövlət Departamentinin mətbuatda yayılan bəyanatında Azərbaycanın “xüsusi izləmə siyahısı”na daxil edilməsi də həmin Komissiyanın hazırladığı sənədə istinad edir. Dediyim kimi, həmin Komissiyanın sənədinin də tamamilə böhtan olduğu tərəfimizdən bildirilib. Azərbaycanı “izləmə siyahısı”na daxil etmək ifadəsi özü yanlış və gülüncdür. ABŞ-nin Dövlət Departamenti səviyyəsində saxta məlumatlar əsasında belə fikrin səsləndirilməsi bir daha Amerikanın ikiüzlü siyasətinin bariz nümunəsidir. Bu, Azərbaycana qarşı böhtandan başqa bir şey deyil”.
Komitə sədri deyib ki, bütün dünya ölkələri içərisində Azərbaycan dini tolerantlıq və multikultural dəyərlər baxımından örnək ölkə olaraq tanınıb, nümunəvi ölkələrdən biri sayılır:
“Bunu yalnız biz demirik, bunu ölkəmizə gələn, buradakı dini mühiti öyrənən, o cümlədən xarici ölkələrdə keçirdiyimiz tədbirlər, görüşlər zamanı Azərbaycan haqqında geniş məlumatı olan hər bir şəxs deyə bilir. Azərbaycan dünyəvi, tolerant, multikultural ölkədir. Onu da qeyd edim ki, adıçəkilən Komissiyanın 2023-cü ilin dekabr ayında yaydığı açıqlamadakı məqamların qərəzli olması ilə bağlı Azərbaycanda olan qeyri-müsəlman icmalarının aparıcı qurumları xüsusi bəyanat yayıblar və bunu etiraz olaraq həmin Komissiyaya göndəriblər. Eyni zamanda, Azərbaycanda olan ayrı-ayrı dini konfessiyaların rəhbərləri də həmin vaxt mövqelərini ortaya qoyublar. İndi Dövlət Departamentinin, Beynəlxalq Din Azadlığı Komissiyasının hazırladığı qərəzli hesabata istinad edərək bu cür açıqlama verməsi tərəfimizdən tamamilə rədd edilir, bu, qəbuledilməzdir. Hesab edirik ki, bütün bunlar Azərbaycana, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Əgər dini baxımdan izləmə lazımdırsa, bu baxımdan ən izləniləsi ölkələrdən biri Ermənistandır. Bu gün ABŞ-nin ermənipərəst mövqedə dayanan bəzi siyasi dairələrinin görməli olduqları ölkələrdən biri Ermənistan olmalı idi. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik, monodin olan Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək nə ədalətə, nə insanlığa, nə də siyasətə yaraşır”.
Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda dini sabitlik hökm sürür:
“Müxtəlif dini konfessiyalar arasında harmonik və birgə fəaliyyət, birgə bəyanatlar, açıqlamalar verilir. Müsəlman dini icmaları ilə qeyri-müsəlman dini icmalarının birgə fəaliyyət göstərdiyini, ümumilli, ümumdövlət məsələlərində birgə olduqlarını hər zaman görürük. Vətən müharibəsi dövründə də bunu gördük. Azərbaycanda dini mühitə xaricdən müdaxilə etmək, dinlərarası, məzhəblərarası qarşıdurma yaratmaq istəyənlər hər zaman iflasa uğrayıblar. Ona görə ki, Azərbaycanda dini mühit ənənələrə və tolerantlığa söykənir. Dövlət Departamentinin həmin Komissiyanın məlumatlarına istinadən bu cür fikirlər səsləndirməsini, dini mühitimizlə bağlı qərəzli mövqeyi nümayiş etdirməsi qəbuledilən deyil. Komissiyada erməni lobbisinin nümayəndələrinin olduğu, onların məxsusi şəkildə bu cür qərəzli informasiyalar hazırladığını və erməni lobbisinin təsirlərini görə bilərik. Bizim sözügedən Komissiyanın hesabatına qarşı faktlarla bənd-bənd hazırladığımız müddəalarda qərəzlər sübuta yetirilib. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq, bununla bağlı öz mövqeyimizi Komissiyaya göndərmişik. Dövlət Departamenti vasitəsilə yayılan məlumatlara da öz qəti etirazımızı rəsmi şəkildə ifadə edəcəyik. Dini baxımdan izlənməli olan ölkələrdən biri bəlkə də elə Amerika özüdür. Çünki ABŞ-də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir.
Həmin Komissiyanın özü Amerikada bir alət rolunu oynayır, bu alətdən də başqa ölkələrə təzyiq göstərmək üçün istifadə edilir. Bu cəhdlər əbəsdir!”
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib