00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

2024: dünya daha çətin sınaqlarla üz-üzədir - Proqnoz
Tarix: 05-01-2024 22:25 | Bölmə: Slayd

Türkiyənin xarici siyasət üzrə analitiki Mehmet Kançı 2023-cü ildə təkqütblü dünya nizami anlayışının müxtəlif münaqişə bölgələrindəki uğursuzluqlarla necə aşındığını və 2024-cü illə bağlı proqnozlarını açıqlayıb.
Reyting.az M. Kançının 2024-cü il üzrə proqnozlarını təqdim edir:
2023-cü il Soyuq Müharibədən sonra tətbiq edilməsi nəzərdə tutulan Birqütblü Dünya Nizamının iflası ilə yadda qalacaq.
1991-ci il dekabrın 26-da SSRİ-nin tabutuna mismar vuran Qorbaçovun imzası, gözlənildiyi kimi, sonrakı 32 ildə liberal Qərb dünyasının qələbəsini möhkəmləndirə bilmədi. ABŞ başda olmaqla Qərbi Avropa qlobal rifahı davamlı etmək əvəzinə Yaxın Şərq və Balkanlarda münaqişələri qızışdırdı. Afrikada mütərəqqi texnologiyalarla yeni müstəmləkəçilik dövrünün qapısını açmaq üçün Ruandada milyonlarla insanın qətliamına göz yumdular. NATO-nun Biqütblü Dünya Nizamı çərçivəsində Şərqə doğru irəliləmə planı Ukraynanı xarabalığa çevirdi. 2023-cü il sona çatdıqca Ukraynadakı müharibə unudulur, ABŞ və Qərb ölkələrinin Ukraynanı iqtisadi və hərbi cəhətdən ayaqda saxlamaq cəhdləri zəifləyir. Ukraynanın Qara dənizdə Rusiya donanmasına ara-sıra möhtəşəm hücumları olmasaydı, bu cəbhədə baş verənlər artıq xəbər əhəmiyyəti olmayacaqdı.
Daha bir unudulmuş müharibə Sudandadır. 15 apreldə uğursuz dövlət çevrilişi cəhdindən sonra Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri adı altında fəaliyyət göstərən yarımhərbi qüvvələr arasında gedən vətəndaş müharibəsinə beynəlxalq ictimaiyyət biganə qalıb. Evlərini tərk edənlərin sayı 6 milyonu keçdiyi halda, bu insanların 1 milyondan çoxu qonşu ölkələrə sığınıb. BMT və onun yardım agentlikləri Sudanda sözün əsl mənasında müflis olub.
Dünyanın çətin sınaqları…
2023-cü ildə münaqişələrin artacağı gözlənilən digər bölgə Pakistan və İranın daxil olduğu Bəlucistan bölgəsidir. ABŞ-ın 2021-ci ildə Əfqanıstandan çıxması ilə geridə qalan silahlar təkcə “Taliban”ın əlinə keçməyib. Pakistan və İranda fəaliyyət göstərən separatçı Bəluc qruplaşmaları bu mənbələrdən faydalanmağa başladıqca bölgədə zorakılıqlar artıb. 2024-cü ildə İsrailin Qəzzaya hücumu davam etdikcə, bu hücumların Livan və Qırmızı dənizə qarşı təhdidləri də artacaq. İsrail hökuməti Livan ərazisinin Litani çayına qədər olan hissəsini işğal etmək niyyətini gizlətmir. Yəməndə İranın dəstəklədiyi husilər Süveyş kanalı vasitəsilə fəaliyyət göstərən qlobal ticarətin əsaslarını sarsıtmaq qabiliyyətinə malik olduqlarını nümayiş etdirdilər. ABŞ-ın bu təhlükəni aradan qaldırmaq üçün qurduğu beynəlxalq koalisiyanı İspaniya, Fransa və İtaliya tərk edib. Vaşinqtonun şərh verməkdən çəkindiyi bu hadisə Qərb düşərgəsinin Birqütblü Dünya Nizamına reaksiyasının reallığa çevrilməsi idi. Afrikanın Sahara və sub-Sahara bölgələrində terrorla bağlı münaqişələr, Myanmada xunta administrasiyasına qarşı silahlı mübarizə aparan qrupların fəaliyyəti də geniş vüsət alıb. Cənub-Şərqi Asiyada enerji və ticarət yollarının yenidən formalaşdırılmasında strateji əhəmiyyətə malik olan Myanma Çinlə 2 min 129 km, Hindistanla isə 1643 km sərhədi ilə ABŞ və Rusiyanın yaxın maraq dairəsindədir.
Köhnə münaqişələr yeniləcək
Yanvarın 13-də Tayvanda keçiriləcək prezident və ümumi seçkilər yeni ildə potensial böhranların ilk həlqəsini təşkil edir. Seçkiləri müstəqillik tərəfdarlarının qazanacağı şübhəsizdir. Lakin ABŞ Pekin administrasiyasından Moskvanın Ukraynaya müdaxiləsinə bənzər addım gözləyir. Çin Tayvanı müharibə yolu ilə ilhaq etmək niyyətində olmadığını tez-tez təkrarlasa da, ABŞ-ın 886 milyard dollarlıq müdafiə büdcəsinin əhəmiyyətli hissəsini Çin Xalq Respublikasının qarşısının alınmasına ayırdığını da nəzərdən qaçırmaq olmaz. Yaponiyanın silahlanma səyləri, istehsal etdiyi silahları ixrac etmək üçün qanunlarında etdiyi dəyişikliklər, Şimali Koreyanın Rusiyadan kosmik texnologiya əldə etmək üçün atdığı addımlar da 2024-cü ildə Hind-Sakit Okean bölgəsini istiləşdirəcək amillərdir.
Latın Amerikasındakı gərginliklər
Nisbi sakitliyin hökm sürdüyü Latın Amerikasında situasiya ürəkaçan olmayacaq. Venesuelanın zəngin yeraltı sərvətlərə malik qonşusu Qayana ərazisinə iddiası ilə başlayan gərginlik İngiltərənin bölgəyə HMS Trent döyüş gəmisini göndərməsi ilə yeni bir ölçü alıb. İngiltərənin donanmasını səfərbər etməsinin yalnız Qayana üzərində cəmləşdiyini düşünmək lazım deyil. Dekabrın 10-da Argentinada vəzifəsinin icrasına başlayan prezident Mileinin Folklend Malvin adaları üzərində hüquqlar iddiası ilə çıxış etməsi həm də Britaniya donanmasının Cənubi Atlantikada güc nümayişinin başlanğıcı olub.
Arktika üçün planlar həyata keçirilir
2024-cü ildə gərginliyin arta biləcəyi, yenidən təbii ehtiyatlara və ticarət yollarına diqqət yetirən başqa bir coğrafiya Arktika Dairəsidir.
“Bloomberg”in məlumatına görə, ABŞ Dövlət Departamenti ABŞ-ın kontinental şelfini 1 milyon kvadratkilometr artıracaq qərarı həyata keçirməyə hazırlaşır ki, bunun da demək olar, hamısı Şimal Dairəsindədir. Sözügedən ərazi ABŞ-ın Alyaska əyalətinin şimal və qərbindəki dəniz sahələrini əhatə edir. Rusiya regionda dominantlığını möhkəmləndirmək üçün “Project 22220 Arktika” sinifli nüvə buzqıran gəmisinin tikintisinə hazırlaşır.
Kosmos yenidən münaqişə zonasına çevriləcək
Toxunulmamış resurslara çatmaq uğrunda mübarizədən danışarkən, 2023-cü ildə Yerin peyki Ayda su ehtiyatlarına çatmaq uğrunda mübarizə də diqqət mərkəzində olacaq. Rusiyanın Aya göndərdiyi “Luna-25” gəmisi səthə çırpılaraq məhv olarkən, Hindistanın “Çandrayan-3” gəmisi Ayın cənub qütbünə uğurlu eniş edib. Yenidən başlayan “Aya Səyahət” yarışında 2024-cü ildə ABŞ-dan əhəmiyyətli bir gediş gözlənilir. Artemis Layihəsi çərçivəsində NASA üç amerikalı və bir kanadalı astronavtı Ayın orbitinə göndərəcək. Bu missiya uğurlu olarsa, 2025-ci ildə 53 illik fasilədən sonra ABŞ yenidən astronavtları Ay səthinə endirmək üçün hərəkətə keçəcək.
Artemis layihəsinin ən mühüm məqsədlərindən biri də ABŞ-ın Ayda baza quraraq dərin kosmosa uçuşları daha sərfəli etmək istəməsidir. Bundan əlavə, Vaşinqton administrasiyası Ayı silah platforması kimi Yer üzündəki rəqiblərini müşahidə və lazım gələrsə, onları vurmaq üçün istifadə etmək istəyir.
Seçkilər qeyri-sabitlik yarada bilər
2024-cü ildə gözlənilən münaqişələr siyahısına noyabrda ABŞ-da keçiriləcək seçkiləri də əlavə etməyin heç bir zərəri yoxdur. Donald Trampın prezidentliyi itirdiyi 2020-ci il seçkilərindən sonra Konqres reydi ABŞ daxili siyasətinin zorakılığa hamilə olduğunu göstərdi. Sorğular göstərir ki, Tramp Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizədə rəqibsizdir. Trampa qarşı seçkidən əvvəl mart ayında başlayacaq federal məhkəmə prosesi ABŞ ərazisində gözlənilməz hadisələrə səbəb ola bilər.
Avropa Parlamentinin (AP) yeni üzvlərini müəyyən etmək üçün 6-9 iyun tarixlərində keçiriləcək seçkilər də qlobal tarazlıqlara təsir etmək potensialına malikdir. Sorğulara görə, Avropa İttifaqının (Aİ) gələcəyinə şübhə ilə yanaşan sağ mərkəzçi, populist və ifrat sağçı partiyalar 720 yerlik parlamentdə mütləq çoxluğu əldə etməyə çox yaxındırlar. Avropa Parlamentində ifrat sağçıların üstünlük təşkil etməsi Aİ-nin gələcəyi ilə bağlı sual işarələrini də artıracaq. Çoxtərəfli institutların, xüsusən də BMT-nin rolunun aşınması 2024-cü ildə dünyanı daha çətin sınaqlarla üz-üzə qoyacaq. Bu şərtlər daxilində Türkiyənin “regional problemlərə regional həll yolları” düsturunun daha çox əhəmiyyət qazanacağı bir proses qaçılmaz olaraq paytaxtların gündəminə gələcək.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib