12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İrandakı terrora görə 11 nəfər saxlanılıb
Tarix: 06-01-2024 11:35 | Bölmə: Slayd
İrandakı terrora görə 11 nəfər saxlanılıb

Çərşənbə günü İranın Kirman şəhərində törədilən terrorda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Reyting.az
xatırladır ki, çərşənbə günü İranın Kirman şəhərində İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə İŞİD-in törətdiyi terror aktı nəticəsində çoxsaylı insan həyatını itirib.

Məlumata görə, hücumda iştirak edənlərin tapılması istiqamətində səylər intensiv şəkildə davam etdirilir. İran Kəşfiyyat Nazirliyindən verilən açıqlamada bildirilir ki, hadisədə şübhəli bilinən 9 nəfər, o cümlədən 2 nəfər də kamikadzeyə dəstək vermələri səbəbindən nəzarətə götürülüblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər