12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Blinken-Fidan görüşü: Azərbaycanla bağlı məsələ də müzakirə olunub - (Yenilənib+)
Tarix: 06-01-2024 19:20 | Bölmə: Slayd
Blinken-Fidan görüşü: Azərbaycanla bağlı məsələ də müzakirə olunub - (Yenilənib+)

ABŞ dövlət katibi Antoni Blinkeni və onu müşayiət edən heyəti İstanbula gətirən təyyarə axşam saatlarında hava limanına enib.

Reyting.az
xəbər verir ki, Blinkeni hava limanında səfir Yaprak Balkan, Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk, ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh, İstanbul Hava Limanı Mülki Administrasiyasının rəisi İlker Haktankaçmaz və digər rəsmi şəxslər qarşılayıblar.

ABŞ dövlət katibi Antoni Blinkenin bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanla keçiriləcək görüşündə İsrailin Qəzzaya hücumları, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə olunacağı gözlənilir.



Bundan başqa, Blinken prezident Ərdoğan tərəfindən də qəbul ediləcək.

Qeyd edək ki, Blinken bir həftəlik Yaxın Şərq səfərinə Türkiyədən başlayıb. Daha sonra Blinken İsrail, Misir, İordaniya və daha bir neçə ölkədə olacaq.

Səfərdən öncə ABŞ-ın diplomatik mənbələri anonim olaraq bildiriblər ki, Ankarada keçiriləcək görüşlər asan olmayacaq. ABŞ mediası isə Türkiyə ilə müzakirələr zamanı Blinkenin yeni qırıcı təyyarələr təklif edə biləcəyini açıqlayıblar.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlayıb.


Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken ötən axşam Türkiyəyə səfərə gəlib.

***

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken görüşüblər. Görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadla məlumat yayıblar.

Məlumata görə, bundan əlavə, Hakan Fidan Antoni Blinkenə Türkiyənin “F-16” təyyarələrinin satın alınması prosesinin yekunlaşmasını gözlədiyini deyib.

O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.

Qeyd olunur ki, iki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidan, dərhal atəşkəs elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının vacibliyindən söz açıb. O, iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlanmasına çağırış edib.

Qara dənizdə gərginliyin olmasını istəmədiklərini bildirən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün Türkiyənin səylərinə də diqqət çəkib.

Bildirilir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.

Y. QACAR




Bölməyə aid digər xəbərlər