12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini vaxtından əvvəl tərk edəcək
Tarix: 07-01-2024 10:45 | Bölmə: Slayd
Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini vaxtından əvvəl tərk edəcək

Avropa Şurasının Prezidenti Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə namizəd kimi iştirak edəcək və bu səbəbdən də vəzifəsini vaxtından əvvəl tərk etməli olacaq.

Reyting.az
xəbər verir ki, Ş. Mişel bu barədə Belçika mediasına müsahibəsində bildirib.

Avropa Parlamentinə seçkilər iyunda keçiriləcək, ona görə də Mişel seçilərsə, iyulun ortalarında Avropa Şurasının Prezidenti postunu tərk edəcək.

"Mən 2024-cü ildə keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldim. Əgər seçilsəm, yerimi tutacağam. Avropa Şurası iyunun sonu, iyulun əvvəlinə qədər qərar verib varisin adını verə bilər", - deyə Mişel əlavə edib.

Onun sözlərinə görə, seçki kampaniyası onun hazırkı vəzifəsinə təsir etməməlidir.

Mişel qeyd edib ki, 2024-cü il təkcə Avropada deyil, bütün dünyada çox mühüm seçki ilidir.

Mişel bildirib ki, Avropa layihəsi yol ayrıcındadır və Avropa demokratiyasının legitimliyinin gücləndirilməsinə ehtiyac var: “Mən Avropa layihəsini quran komandanın bir hissəsi olmaq istəyirəm və ona xidmət etməyə davam edirəm".

Qeyd olunur ki, Belçikanın keçmiş baş naziri Mişel sağ mərkəzçi İslahat Hərəkatı partiyasından namizəd olacaq.

Xatırladaq ki, o, 2019-cu ilin sonundan Avropa Şurasına rəhbərlik edir. Mişel noyabrın sonuna qədər vəzifəsində qala bilərdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər