12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukraynadan sonra Putinin hücum edəcəyi ölkənin adı açıqlanıb
Tarix: 08-01-2024 08:42 | Bölmə: Slayd
Ukraynadan sonra Putinin hücum edəcəyi ölkənin adı açıqlanıb

“Ukrayna işğalçıların hücumuna tab gətirməsə, Rusiya Federasiyasının ordusu dayanmayacaq. Moskvanın növbəti qurbanları Moldova və ya Baltikyanı ölkələrdən biri ola bilər”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus deyib.

D. Petreus NATO-nun müdafiə xəttinin hazırda Ukrayna-Rusiya sərhədində olduğunu bildirib.

“Rusiya qalib gəlsə və Putin Ukraynada çox böyük məqsədinə çata bilsə, bununla da dayanmayacaq. Moldova keçid nöqtəsində növbəti olacaq və bəlkə də Baltikyanı ölkələrdən biri də”, - MKİ-nin keçmiş rəhbəri əlavə edib.

Xatırladaq ki, Baltikyanı ölkələr Rusiya Federasiyasının genişmiqyaslı işğalından sonra Ukraynaya fəal dəstək verirlər. Onlar dəfələrlə bəyan ediblər ki, Rusiyanın Litva, Latviya və Estoniyaya təcavüz riski çox yüksəkdir, ona görə də müdafiə qabiliyyətini gücləndirmək lazımdır.

Latviyanın xarici işlər naziri Krisjanis Karins bildirib ki, Ukrayna bütün ərazilərini azad etsə belə, Rusiya Federasiyası bütün Avropa üçün təhlükə yaradacaq.

Bundan əlavə, Moldova prezidenti Maya Sandu da oxşar bəyanatla çıxış edib. Sandu deyib ki, Rusiya 2024-cü ilin yazında, prezident seçkiləri öncəsi Moldovada sabitliyi pozmağa cəhd edə bilər.

Y. QACAR





Bölməyə aid digər xəbərlər