12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərdoğan Əkrəm İmamoğlunun qarşısına Murat Kurumu çıxarır - Foto
Tarix: 08-01-2024 09:29 | Bölmə: Slayd
Ərdoğan Əkrəm İmamoğlunun qarşısına Murat Kurumu çıxarır

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə başqanlığına namizədi Murat Kurum elan edilib.

Reyting.az
xəbər verir ki, AKP-nin qarşıdan gələn bələdiyyə seçkilərində namizədlərinin açıqlanması törənində şəxsən prezident Ərdoğan iştirak və çıxış edib.

Murat Kurum namizədliyi açıqlandıqdan sonra AK Partiyanın İstanbul təşkilatında çıxışı zamanı deyib ki, hamının sülh içində yaşadığı bir İstanbul istəyirik:

“Biz hər küçənin dəyər verildiyi bir İstanbul arzulayırıq. İstanbulda namizəd olmaq böyük şərəf və böyük məsuliyyətdir. İstanbul elə bir şəhərdir ki, dünyada bənzəri yoxdur. İki dənizi, iki qitəni, iqlimi və sivilizasiyaları birləşdirən şəhərdir. İstanbulda Məkkə və Mədinənin qalıqları, Yerusəlimin ruhu var. Hamımız burada öz mahiyyətimizi tapdıq. Ticarətimizin lokomotivi İstanbuldur. Biz məsuliyyətimizi çox yaxşı bilirik”.


Murat Kurum

Qeyd edək ki, Murad Kurum Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri olub. Nazir vəzifəsindən getdikdən sonra parlamentdə komissiya sədri və AKP-nin İstanbul millət vəkili kimi işini davam etdirir. O, Ankarada doğulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər