12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kilsədə dəhşət: qadınlar cinsi istismara məruz qalıb, uşqalar qamçılanıb
Tarix: 09-01-2024 08:03 | Bölmə: Slayd
Kilsədə dəhşət: qadınlar cinsi istismara məruz qalıb, uşqalar qamçılanıb

Dünyanın ən böyük xristian yevangelist kilsələrindən biri olan Bütün Millətlər Kilsəsi Sinaqoqunun banisi Ti Bi Coşua ilə bağlı zorakılıq və işgəncələrə dair sübutlar tapılıb.

Reyting.az
-ın xəbərinə görə, kilsənin onlarla keçmiş üzvü deyir ki, nigeriyalı natiq mərhum Coşua 20 ilə yaxın Laqosdakı gizli bir kompleksdə zorlama və məcburi abort da daxil olmaqla cinayətlər törədib.

BBC uşaqlara qarşı zorakılıq, qamçılama və qandallama da daxil olmaqla, Coşua tərəfindən fiziki zorakılıq və ya işgəncə ilə bağlı onlarla şahid ifadələrini toplayıb.

Məlumata görə, çoxsaylı qadın Coşua tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edir. Bəziləri isə Bütün Millətlər Kilsəsi Sinaqoq kompleksində uzun illər ərzində dəfələrlə təcavüzə məruz qaldıqlarını bildiriblər.

Çoxları Coşuanın “möcüzəvi müalicələrini” saxtalaşdırdığını deyib.

Xatırladaq ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Avropa, Amerika, Cənub-Şərqi Asiya və Afrikadan on minlərlə zəvvar Nigeriyadakı kilsəyə Coşuanın “şəfa verən möcüzələr” göstərdiyini görmək üçün gəlib.

Qeyd edək ki, Coşua 2021-ci ildə vəfat edib və Bütün Millətlərin Sinaqoq Kilsəsi onun dul arvadı Evelinin rəhbərliyi altında idarə olunur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər