12:36 / 14-06-2025
Sabah yağış yağacaq
10 qlobal risk yaranıb - Siyahı
Tarix: 10-01-2024 14:09 | Bölmə: Slayd
10 qlobal risk yaranıb

2024-cü ildə dünya üçün 10 qlobal risk var. Qlobal risk siyahısında “bölünmüş Ukrayna” üçüncü yerdədir.

Reyting.az
-ın xəbərinə görə, Amerikanın “Time” jurnalındakı məqalədə xatırlanır ki, 2023-cü ildə əsas hadisələr Avropada (Rusiyaya qarşı Ukrayna) və Yaxın Şərqdə (İsrail HƏMAS-a qarşı) baş verib. 2024-cü ildə isə bu münaqişələr genişlənəcək, lakin ən böyük risk üçüncü - ABŞ özünə qarşı “müharibəsidir”.

İddia olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi Moskva üçün tarixi məğlubiyyətdir: NATO genişlənir, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar başlayıb və Rusiyaya sanksiyalar tətbiq edilib. Bundan əlavə, Ukraynanın bərpası üçün istifadə oluna biləcək Rusiyanın aktivləri dondurulub.

“Ancaq Ukrayna bu il faktiki olaraq bölünəcək və Rusiya indi döyüş meydanında təşəbbüs və maddi üstünlüyə malikdir. 2024-cü il müharibədə dönüş nöqtəsidir: Ukrayna yaxın gələcəkdə kadr problemlərini həll etməsə, silah istehsalını artırmasa və real hərbi strategiya hazırlaya bilməsə, onun ərazi itkiləri dönməz ola və genişlənə bilər”, - deyə “Time” xəbərdarlıq edir.

Bildirilir ki, Ukrayna ABŞ-ın siyasi və maddi dəstəyinin azalması səbəbindən ağır zərbə alıb və Avropanın yardım perspektivləri yalnız bir qədər yaxşıdır. Amma ölkənin həm də daha çox əsgərə ehtiyacı var.

“Bütün bu səbəblərə görə Kiyev bu il daha böyük hərbi riskləri üzərinə götürəcək, o cümlədən Rusiya ərazisində daha çox hədəfə zərbə endirəcək ki, bu da Rusiyanın görünməmiş reaksiyasına səbəb ola və NATO-nu münaqişəyə sürükləyə bilər”,- məqalədə qeyd olunur.

Nəşr öz siyahısına ABŞ-ın “özünə qarşı” mübarizəsini də əlavə edib. Müəlliflərin fikrincə, prezident seçkiləri ölkənin siyasi parçalanmasını dərinləşdirəcək və Amerika demokratiyasını son həddə qədər sınaqdan keçirəcək.

“Times”in analitikləri Qəzza zolağında hərbi əməliyyatların genişlənməsini gözləyirlər ki, bu da ABŞ və İranı müharibəyə yaxınlaşdıra bilər.

Bu il Rusiya, Şimali Koreya və İranın bir-birinin imkanlarını gücləndirəcəyi, dünya səhnəsində getdikcə daha koordinasiyalı və dağıdıcı şəkildə hərəkət edəcəkləri qeyd olunur.

Qlobal risk siyahısına “qaçaq süni intellekt”lə bağlı problemlər, kritik mineral ehtiyatlar uğrunda mübarizə, qlobal inflyasiya şokunun təsiri və ekstremal hava hadisələri də daxildir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər