00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

“1937-ci ilə qədər onunla tez-tez görüşərdik” - Süleyman Rüstəmin xatirələri
Tarix: 10-01-2024 16:37 | Bölmə: Slayd

Xalq şairi Süleyman Rüstəmin növbəti xatirəsini oxucularla bölüşürük.
Reyting.az xəbər verir ki, bu qeydlər mərhum ədib Seyid Hüseyn Sadiqə həsr olunub:
Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım. O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik illərimizdə aramızda "nadinc" tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi.
Onu deyim ki, Həsən müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da çatırdı. Bir gün o sinfə girəndə hamımız bir ağızdan:
- Müəllim, "bir ağız", - deyə səs-küy saldıq. - Sakit, "nə bir ağız" başa düşmürəm, nə istəyirsiniz?
- Müəllim, bir ağız... Səhnədə oxuduğunuzdan bir ağız.
- Eyibdir. Şuluqluq salmayın, müdiriyyət otağında eşidərlər. Sonra yaxşı olmaz. Biz yenə inadla:
- Müəllim, bir ağız, müəllim, bir ağız, - deyib bağırdıq.
Həsən müəllim çox həlim bir adamdı. O naçar qalıb qızara-qızara pəsdən bizim üçün bir ağız oxudu. Əl çalıb Həsən müəllimi alqışladıqdan sonra sakit olduq. Sonra isə tutduğumuz işdən çox peşman olduq.
Seyid Hüseyn də çox sakit, xeyli həlim bir adamdı. Ona hamımız hörmət edirdik. O, bütün dərsləri aydın, rəvan, sadə bir dillə bizə yetirməyi bacarırdı. Seyid Hüseynin dərsləri səmərəli keçirdi. Hamımız onun dərsinə hazır gəlirdik ki, xəcalət çəkməyək. O özünü bizə belə tanıtdırmışdı. Mənim ilk şerim onun köməyilə nəşr olunub. Bu şerim çap olunmasaydı, bəlkə mən ədəbiyyat aləminə bu qədər tez atılmazdım.
Bu, belə olub: mən "Unudulmuş gənc" adlı kiçik bir şer yazmışdım. Onu utana-utana Seyid Hüseynə verib dedim ki, müəllim, mən bir şer yazmışam. Xahiş edirəm baxıb mənə fikrinizi deyəsiniz.
Seyid Hüseyn şeri alıb, çox gözəl, vaxt tapıb baxaram, dedi.
Həftələr keçdi, lakin Seyid Hüseyn şerim haqqında mənə heç bir söz demədi. Mən də onu narahat etməkdən çəkindim. Bunun üstündən 2 ay keçdi. Bir gün yoldaşlarım məni əhatəyə alıb təbrik etdilər.
- Gözün aydın, "Maarif və mədəniyyət" məcmuəsində şerin çıxıb.
- Necə? Mən ora şeir verməmişəm, ola bilməz.
Uşaqlar məni inandırdı ki, məcmuədə şeri gözlərilə görüblər. Mən bunu növbəti zarafat bildim. Məktəbdən çıxanda məcmuəni aldım, vərəqlədim, gözlərimə inanmadım. Seyid Hüseynə verdiyim şerin məcmuəmdə bir kəlməsinə toxunulmadan eynən dərc edildiyinin şahidi oldum. Bu münasibətlə Seyid Hüseynə müraciət etdim. Ona təşəkkürümü bildirdim, o dedi ki, şer xoşuma gəldiyindən jurnal redaksiyasına verdim, çap ediblər, sağ olsunlar.
Seyid Hüseyn mənə yazmağı və çox mütaliə etməyi, şer üzərində çox zəhmət çəkməyi məsləhət gördü. Bu hadisə mənə qol-qanad verdi. Seyid Hüseynin məsləhəti ilə ilhamlanıb gərgin mütaliəyə girişdim.
Seyid Hüseynlə 1937-ci ilə qədər tez-tez görüşərdik. Şəxsən mən Seyid Hüseynin hekayə yazdığını bilmirdim. Amma inqilabdan əvvəl mətbuatda bir neçə hekayəsi çıxıbmış.
Mən 1927-ci ildə Ruhulla Axundovun məsləhəti ilə "Maarif və mədəniyyət" məcmuəsinə məsul katib təyin olundum. Jurnalın arxivini əvvəlki katibdən təhvil alanda Seyid Hüseynin "Gilan qızı" adlı hekayəsinə rast gəldim. Üzərində "getmədi" yazılmışdı. Katibdən hekayənin çap olunmamasının səbəbini soruşdum. Dedi ki, hekayə zəif olduğundan dərc etmədik.
Mən hekayəni evə aparıb diqqətlə, böyük maraqla və həyəcanla oxudum. Sonra Ruhulla Axundov da oxudu. Hekayə çox xoşumuza gəldiyindən məcmuədə dərc etdik.
Beləliklə, mən müəllimimin borcunu ödəmiş oldum.
Seyid Hüseyni redaksiyaya çağırdıq. Jurnalımızda yaxından, fəal iştirak etməsini xahiş etdik. Seyid Hüseyn bir-birinin ardınca bizə "Bir kuçənin tarixi", "Gələcək həyat yollarında", "Yatmış kəndin qış gecələrində", "Sümük azarı" və qeyri hekayələrlə məcmuəmizin səhifələrini zinətləndirdi. Belə əsərlər məcmuəmizin oxucularının artmasına səbəb olurdu.
Biz Seyid Hüseyni proletar yazıçıları ittifaqına üzv qəbul etdik.
Seyid Hüseyn gənclərin yetişməsində də böyük fəaliyyət göstərirdi. Biz onu fəhlə rayonlarındakı ədəbiyyat dərnəklərinə təhkim etmişdik. Mirzə İbrahimov, Məmmədağa Sultanov və başqaları onun rəhbərlik etdiyi dərnəklərdəndir.
Seyid Hüseynin dili şirindi. Bəzi hərflər onun tələffüzündə zəif çıxırdı. Seyid Hüseyn çox prinsipial adamdı. Oxuduğu əsər haqqında açıq və qəti fikir söylərdi. İclaslarda "Kim söz istəyir, kim danışmaq istəyir",- deyiləndə salondan səs çıxmazdı. Heç kəs birinci danışmaq istəməzdi. Burada Seyid Hüseyn bizim köməyimizə çatardı. İlk o danışardı. Biz buna öyrəndiyimizdən müzakirə zamanı həmişə, "ağa, sözü sənə veririk",- deyəndə o imtinasız tribunaya qalxardı.
Yadımdadır, bir dəfə biri bizi evinə çağırdı. Seyid Hüseyn, Çəmənzəminli də bizimlə idi. Bu evdə qutabdan tutmuş plova qədər bişmişdi. Əsər oxundu. Yeməkdən sonra əsər haqqında söhbət başlandı.
İlk sözü Seyid Hüseyn dedi:
- Doğrudur, dadlı qutabınızı, plovunuzu yemişəm, inciməyin, ancaq əsəriniz çox zəifdir.
Müəllifə bir-bir sübutla, dəlillə əsərin nöqsanlarını açıb göstərdi.
Biz gənc şairlər o zaman Seyid Hüseynə zarafatla "Məzlum ağa" adı vermişdik. Çünki o çox təmiz, açıqürəkli, təvazökar bir insandı. Heç bir kəsə qarşı qəlbində həsəd, kin, qərəz hissi yoxudu. Gənclərə qayğıyla, öz həmyaşlarına isə ciddi yaradıcılıq tələbkarlığıyla yanaşardı. Onun yanında heç kəs başqasının qiybətini qırmağa cürət etməzdi.
Seyid Hüseyn novxanılı idi, mən də ata tərəfdən novxanılıyam. Yayda onunla Novxanı bağlarında görüşərdim.
1936-cı ildə Xalq Komissarları Şurası bədii əsərlər üçün müsabiqə elan etmişdi. Mən səhnəyə bir qədər bələd olduğumdan Seyid Hüseyn təklif etdi ki, birlikdə bir dram əsəri yazaq. Əvvəlcə mövzu seçdik. Plan qurduq. Hərəmiz öz öhdəmizə düşən hissəni yazdıq. Sonra birlikdə işlədik. Əsər üzərində həm onun içəri şəhərdəki kiçik mənzilində, həm də Novxanıda birlikdə çalışdıq.
Əsərin aqibəti yaxşı olmadı. Müsabiqədə əsər yaxşı qiymət almışdı. Zərf açılandan sonra Seyid Hüseynin imzasını mənim imzamla yanaşı görəndə diksinmişdilər. Nəticədə bizə mükafat verməməyi qərara almışdılar.
Seyid Hüseyn 1930-cu illərdə işçi teatrı üçün "Kölgə" adlı bir pyes yazmışdı. Mən həmin teatrda ədəbi hissə müdiri vəzifəsində çalışırdım. Bu əsər Abbas Mirzə Şərifovun iştirakı ilə oynanırdı. Əsər kənddə gedən sinfi mübarizədən bəhs edirdi.
1937-ci ilə qədər Seyid Hüseynlə tez-tez görüşərdik. Təəssüf, min təəssüf, bu böyük istedadı vaxtından çox tez itirdik. Sadə, təmiz geyimli, gözü eynəkli, əli əsalı Seyid Hüseyni sanki indi də Bakı küçələrində tələsik hara isə gedən görürəm.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib