12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya NATO ölkəsinə hücum etmək istəyir
Tarix: 11-01-2024 14:31 | Bölmə: Slayd
Rusiya NATO ölkəsinə hücum etmək istəyir

“Rusiya prezidenti Vladimir Putin NATO-ya hücum etmək istəyir. Fikrimcə, Rusiya Estoniyaya hücum edə bilər”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib.

Sabiq səfirin fikrincə, Putin hücumu NATO-nun sürətli reaksiyanın uğursuzluğunu göstərmək üçün etmək istəyir.
V. Çalıy vurğulayıb ki, NATO yalnız indi öz mühafizə strategiyasını qarşısının alınması strategiyasına dəyişməyə başlayıb. Onun sözlərinə görə, əvvəllər blok üzvü olan ölkələrdən birinə hücum olardısa, bu ölkə özünü 48 saat və ya bir həftə müdafiə edir, sonra digər NATO ölkələri də prosesə qoşulurdu.

Təcrübəli diplomat əlavə edib ki, Rusiya NATO hücuma hazır olmazdan daha tez hücum edə bilər: “Bu, zaman məsələsidir və bu ölkələrin və NATO-nun gücü məsələsidir, bu, tamamilə real olaraq qalır. Mən hesab edirəm ki, böyük ehtimalla onlar Estoniyaya hücum edə bilərlər. Narva məntəqəsi var, çox ciddi agentlər SSRİ vaxtından belə ora sürgün ediliblər, son onilliklərdə də sürgünlər olub”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bundan öncə, Polşanın baş naziri Donald Tusk Rusiyanın yaxın bir neçə il ərzində Avropa ölkələrinə hücumunu istisna etməyib. Daha əvvəl “Bild” nəşri yazıb ki, Avropa kəşfiyyat xidmətlərindən biri də bu ssenarini nəzərdən keçirir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər