12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyanın iddiası: Pentaqon rəhbəri Ostin Ukraynada öldürülüb
Tarix: 12-01-2024 11:15 | Bölmə: Slayd
Rusiyanın iddiası: Pentaqon rəhbəri Ostin Ukraynada öldürülüb
Lloyd Ostin

Yanvarın 3-də Rusiyanın qanadlı raketlərinin Kiyevə zərbəsi nəticəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukrayna ordusunun Baş Qərargah rəisi general-leytenant Valeri Zalujnının öldürüldüyü iddia edilir. Onlar “Vladimir Putini diz çökdürmək” üçün asimmetrik hücumun təşkilini müzakirə etmək məqsədi ilə gizli şəkildə Ukraynanın paytaxtında, komanda bunkerində görüşüb. Raket hücumu məqsədli şəkildə endirilib. Bu, müdafiə naziri Lloyd Ostinin öldürülməsi üçün Putinin Ukraynadakı “xüsusi hərbi əməliyyatının” xüsusi kəşfiyyat həmləsi idi. Bunu Rusiya FSB mənbəsi iddia edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Real Raw News” yazıb.

Təhlildə qeyd olunur:

FSB agenti Andrey Zaxarovun hekayəti, Ostinin “Walter Reed” xəstəxanasında naməlum bir mərəzə görə gizli şəkildə xəstəxanaya yerləşdirməsi ilə bağlı administrasiyanın hekayətinə tamamilə ziddir.

Cümə axşamı “Politico” Lloyd Ostinin xəstəxanaya getməsi və prezident Co Baydenə xəbər vermədən bütün həftə orada qalması haqqında məqalə dərc etdikdən sonra qəzəbli media çaşqınlığa uğrayıb.

Hesabat qısa zamanda hökumətin bütün səviyyələrini əhatə edən drama çevrilib, bir neçə qanunverici Ostini qınayıb və şəffaflığın yoxluğuna görə onu istefa verməyə çağırıblar. L. Ostinin gözlənilmədən yoxluğu ayaqda qalmaq üçün mübarizə aparan ABŞ administrasiyasını utandırıb.

Andrey Zaxarov xəstəxana məsələsini təkzib edir, o təkid edir ki, Ostin və bir dəstə ukraynalı məmur Kiyevin mərkəzindəki Peçesk rayonunda, küçənin 20 fut altında, təhlükəsiz olduğunu düşündükləri hərbi komandanlıq mərkəzində bir yerdə olublar.

O əlavə edib ki, 2023-cü ilin əvvəlində Rusiya kəşfiyyatının Ostinin Ukraynaya səfərlərini izləmək şansı az olub. “Ostin Kiyevdə o qədər çox vaxt keçirmişdi ki, az qala Ukrayna vətəndaşlığı üçün müraciət edəcəkdi”, - deyə Zaxarov zarafat edib. Zaxarov bildirib ki, qapalı və adamayovuşmaz Pentaqon rəhbəri 2023-cü ildə Polşadan Ukraynaya səkkiz dəfə gedib.

Noyabrın əvvəlində “Spetznaz”ın “ovçu-qatil” komandası Ostinin Zelenskiyə şəxsən fantastik xəbərlər çatdırmaq üçün Ukraynaya gəldiyini öyrəndikdən sonra aşkar edilmədən Kiyevə daxil olub. “ABŞ və Böyük Britaniya ona daha çox pul və silah verməyə razı idi”.

“Spetznaz”ların gözləri Ostin və Zelenski üzərində idi və onları öldürməyə yaxın idilər, lakin gözlənilməz və dəqiqləşdirilməmiş fəsadlar ucbatından komanda son anda missiyanı dayandırdı.

Zaxarovun sözlərinə görə, Rusiya prezidenti V. Putin L. Ostinə “müharibə cinayətkarı” titulu verib.

O əlavə edib ki, Putin Ostinin ölümündən məmnundur.

“Ostinin Ukraynada olduğunu bilirdik və onların görüş nöqtəsini kəşf etdik. Biz donuz Zalujnını da yaxşı tanıyırıq, o, qadınların və uşaqların qatilidir. Onlara yeni dron müharibələri haqqında məlumat verilməli idi. Onlar hədəfimiz idi. Ostin bir bonus idi”.

Zaxarovun sözlərinə görə, iyirmi qanadlı raket yerüstü binaları dağıdıb və yerin altında bir-birini birləşdirən kameraların labirintini yıxıb. Zərbə strukturları dağıdıb və yerin altındakı kraterləri aşkar edib. Yalnız dağıntılar qalıb.

“Bu zərbədən sonra yer üzündə heç nə sağ qala bilməz. Bəli, o öldü. O, ölmüş olmalıdır”, - Zaxarov bildirib.

“Real Raw News”-un Amerika mənbələri Zaxarovun hekayətini xəyalpərəstlik kimi rədd etməkdən çəkinərək, onun iddiasından əvvəl Ostinin ölümünün təkzibedilməz sübutunu görmək istədiklərini söyləyib. Bununla belə, onlar rəsmi hekayəti açıq-aşkar “yalan” adlandırıblar, çünki Lloyd Ostin “Uolter Rid” xəstəxanası yanına getsəydi, onların mənbələri xəbərdar olardı və general Smitin ofisinə məlumat verilərdi.

“Biz bilmirik ki, bu rus hekayəti üfürülmüş şardır, ya yox. “Rid”dəki mənbələrimiz Ostinin heç vaxt orada olmadığını deyirlər. Digər sual da açıq qalır”, - deyə general Smitin ofisindəki mənbə bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər