12:36 / 14-06-2025
Sabah yağış yağacaq
NATO-nun proqnozu: Ukraynada müharibə 2025-ci ildə də davam edəcək
Tarix: 13-01-2024 11:34 | Bölmə: Slayd
NATO-nun proqnozu: Ukraynada müharibə 2025-ci ildə də davam edəcək

Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək və yəqin ki, 2025-ci ildə də bitməyəcək.

Reyting.az
xəbər verir ki, bu proqnozu NATO baş katibinin müavini Mirça Coana səsləndirib.

O, ötən ilin yazında Ukrayna hücumunun başlanğıcında ruh yüksəkliyi və nikbinlik yarandığını bildirsə də, indi “uzun sürən müharibəyə hazırlaşmağa” çağırış edib.

“Çağırışım uzun müharibəyə hazırlaşmaqdır. Bu müharibə 2024-cü ildə, bəlkə də, 2025-ci ildə də davam edəcək. Biz heç bir yerdə ordunun bu və ya digər şəkildə həlledici qələbəyə nail olmaq qabiliyyətini görmürük. Biz uzunmüddətli müharibə gözləyirik. Kiçik hücumlarla, əks-hücumlarla, ərazilərin zəbt edilməsi və itirilməsi ilə davam edəcək müharibə. Ukraynalılar bizim dəstəyimizlə əvvəlcə işğal olunmuş ərazilərin 50 faizini qaytarmağa nail oldular. Bu, kiçik bir şey deyil”, - Mirça Coana deyib.

Baş katibin müavini bəyan edib ki, heç bir halda Rusiyanın Rumıniya ilə sərhədə qayıtmasını qəbul etməyəcəklər:

“Mən sizi şişirdilmiş bədbinliyin qarşı tərəfinə keçməməyə çağırıram, çünki Ukrayna bu müharibəni davam etdirmək və uğur qazanmaq üçün kifayət qədər resurslara malikdir. İndiki vəziyyətdə olduğu kimi, Rusiyanın hərbi resursları, Rusiya hərbi istehsalı ilə bağlı heç bir risk yoxdur”.

Onu da əlavə edək ki, Böyük Britaniya baş naziri Rişi Sunak da Ukraynada Rusiyaya qarşı müharibənin uzun sürəcəyini, lakin Ukrayna dövlətinin qalib gələcəyini deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər