12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Prezident seçkiləri ilə əlaqədar təşviqat başlayır
Tarix: 15-01-2024 00:14 | Bölmə: Slayd
Prezident seçkiləri ilə əlaqədar təşviqat başlayır

Bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir.

Reyting.az
-ın xəbərinə görə, təşviqat fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.




Bölməyə aid digər xəbərlər