12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Milyonlarla insanı Almaniyadan qovmaq istəyirlər
Tarix: 15-01-2024 11:05 | Bölmə: Slayd
Milyonlarla insanı Almaniyadan qovmaq istəyirlər

Almaniyadakı varlı ifrat sağçıların ölkədəki immiqrantları deportasiya etmək planı var.

Reyting.az
xəbər verir ki, ölkədə səslərini yüzdə 35-ə yüksəldən ifrat sağçı AfD (Almaniya üçün Alternativ) partiyasının “Mühacirləri göndərəcəyik”,- sözləri reaksiyalara səbəb olub.

Avstriyalı ifrat sağçı Martin Sellnerin təşəbbüsü ilə Almaniyanın Rostok şəhərində toplaşan müxtəlif alman zənginlərinin qərarları müzakirə olunmaqdadır. Almaniyaya uyğunlaşa bilməyənləri və milyonlarla immiqrantı geri göndərməyi planlaşdıran irqçilər, türklərin vətəndaşlığının ləğvini və onların “kütləvi köçə” məruz qalma planını da müzakirə ediblər.

Avstriyalı ifrat sağçı, Hitleryönlü baxışları ilə tanınan Martin Sellnerin adambaşına 5000 avro qarşılığında Rostokda təşkil etdiyi lüks otel toplantısına qatılanlar deyilənləri təsdiqləyiblər.

Almaniyanın bölgələrində səsləri 36 faizə çatan ifrat sağçı AfD partiyasından “Bu, artıq bizim siyasətimizdir. Biz immiqrantları göndərəcəyik”,- deməklə Sellnerin fikrini faktiki olaraq dəstəkləyiblər.

Partiya lideri Alice Vadelin sözçüsü AfD-nin immiqrasiya siyasətinə münasibətini dəyişməyəcəyini bildirsə də, partiyanın parlament qrupunun sosial siyasət sözçüsü Rene Springer deyib ki, milyonlarla əcnəbi öz ölkəsinə göndəriləcək: “Bu, gizli plan deyil, verdiyimiz vəddir. Təbii ki, uyğunlaşdırılmış türk tərəvəz satıcılarından yararlanacağıq”.

AfD-nin Bavariya lideri və federal deputat Bernhart Zimniok da oxşar bəyanatla çıxış edib. Təxminən 70 ildir Almaniyaya köçən türkləri küçələrdə və ya kiçik dükanlarda yalnız “tərəvəz satıcılarından” ibarət bir qrup kimi görən AfD siyasətçilərinin bu sözlərində bütün cəmiyyət üçün aşağılama və irqçilik var.

Qeyd edək ki, türklər Almaniyaya dəvətlə gələrək türk mühacirət tarixini nəzərə alaraq böyük uğurlara imza atıblar. Siyasətdə, tibb sahəsində, hüquqda, elmi araşdırmalarda və universitetlərdə mühüm vəzifələr tutan türklərin çoxu Almaniya vətəndaşı olub, bəziləri isə hələ də yalnız Türkiyə vətəndaşlığını daşıyır. Türklərin əksəriyyətinin Almaniyaya uyğunlaşma problemi olmadığı halda, AfD üzvlərinin türkləri ölkəyə qeyri-qanuni yollarla daxil olan suriyalı və əfqanlarla eyniləşdirməsi də diqqət çəkir.

AfD-nin liderlərindən olan Rene Springer “Spiegel” nəşrinə deyib ki, ölkəni tərk etməli olan yüz minlərlə insanla yanaşı, müvəqqəti qoruma statusuna malik olanlar da gec-tez ölkəni tərk etməlidir. “Keçən il 1,1 milyon insan ölkəyə gəlib. Onlar əsasən Suriya, Əfqanıstan və Ukraynadandır. Bu qoruma statusu müvəqqətidir. Onların qayıtması bizim əsas maraqlarımızdandır. Qanunsuz immiqrantlar, cinayətkar əcnəbilər, uyğunlaşmaqdan imtina edənlər və ömür boyu öz gəlirlərini ödəyə bilməyənlər Almaniyadan deportasiya edilməlidir”,- deyə R. Springer əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər