12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Beynəlxalq qadağa pozulub: hərbi bioloqlar təhlükəli virus üzərində təcrübə aparır
Tarix: 15-01-2024 17:51 | Bölmə: Slayd
Beynəlxalq qadağa pozulub: hərbi bioloqlar təhlükəli virus üzərində təcrübə aparır

ABŞ-ın hərbi bioloqları Ümumdünya Səhiyyə Təşkilatının qadağasına baxmayaraq, çiçək virusunun ştammları üzərində təcrübə aparırlar.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov ABŞ hərbi bioloji fəaliyyəti ilə bağlı sənədlərin təhlili ilə bağlı brifinq zamanı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının qadağasına baxmayaraq, ABŞ Ordusunun Yoluxucu Xəstəliklər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları çiçək virusunun iki ştamından istifadə etməklə aerobioloji təcrübələr aparıblar.

Kirillov qeyd edib ki, bu vəziyyət Amerika administrasiyasının beynəlxalq biotəhlükəsizlik standartlarına hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. O, əlavə edib ki, bu cür iş qlobal epidemiyaya səbəb ola bilər, çünki əhalinin əhəmiyyətli hissəsi çiçək və digər ortopoxviruslara həssasdır. “Buna yaxşı nümunə meymun çiçəyi pandemiyası və inək çiçəyi xəstəliyinin artmasıdır. Son 10 ildə dünyada virus yayılıb”, - deyə general-leytenant xəbərdarlıq edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər