Avropanın hərbi təhlükəyə hazırlaşmaq üçün 3-5 il vaxtı var - Baş nazir
Tarix: 16-01-2024 00:23 | Bölmə: Slayd
Avropanın hərbi təhlükəyə hazırlaşmaq üçün 3-5 il vaxtı var

Avropanın NATO-nun şərq cinahında Rusiyanın mümkün hərbi təhlükəsinə hazırlaşması üçün 3-5 il vaxtı var.

Reyting.az
xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas “The Times” qəzetinə müsahibəsində deyib.

Kallas Estoniya kəşfiyyatının təxminlərinə istinad edərək bildirib ki, Rusiya ilə Ukrayna arasında hipotetik atəşkəs olarsa, NATO-nun şərq üzvlərinin sərhədində hərbi təhlükəni bərpa etmək üçün 3-5 il vaxt lazımdır.

Baş nazir düşünür ki, Avropanın öz birliyini və Ukraynaya qarşı mövqeyini necə qoruyub saxlaya biləcəyindən çox şey asılıdır. Çünki Rusiyanın fasiləyə ehtiyacı var və bu fasilə ona öz resurslarını və gücünü toplamaq üçün vacibdir.


Kaya Kallas

Kallasın fikrincə, Qərb Ukraynaya hərbi yardımı gücləndirməlidir ki, o, həlledici zərbə endirə bilsin və Rusiyanı uzun illər qonşularını təhdid etmək imkanından məhrum etsin.

Baş nazir qeyd edib ki, Rusiya son müstəmləkə müharibəsini heç vaxt uduzmayıb və heç vaxt törədilmiş cinayətlərə görə cavabdeh olmayıb. “Mən anlamağa çalışıram ki, biz bu tarixi dairəni necə qıra bilərik. Bunun üçün əsas element məsuliyyətdir”, - deyə Kallas əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Almaniyanın “Bild” qəzeti məxfi sənədlərə əsaslanaraq Bundesverin (Almaniya ordusu) Rusiya ilə müharibə hazırlıqlarına başladığını yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər