12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bakıdakı partlayışda ölənlərin sayı 9 nəfərə çatıb - (Yenilənib) - Fotolar
Tarix: 16-01-2024 16:50 | Bölmə: Slayd
Bakıdakı partlayışda ölənlərin sayı 9 nəfərə çatıb - (Yenilənib)

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

***

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.









Bölməyə aid digər xəbərlər