12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Tramp: “Putinlə aramız əladır, Ukraynadakı müharibəni çox tez bitirəcəyəm”
Tarix: 16-01-2024 18:24 | Bölmə: Slayd
Tramp: “Putinlə aramız əladır, Ukraynadakı müharibəni çox tez bitirəcəyəm”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə Ukraynadakı müharibəni “çox tez” həll edəcəyinə söz verib. Yenidən ABŞ prezidenti seçilməyə çalışan D. Tramp əmindir ki, o, “yaxşı tanıdığı” Ukrayna və Rusiya prezidentlərini dialoqa cəlb edə biləcək.

Reyting.az
-ın xəbərinə görə, Tramp bu barədə Ayova ştatında Respublikaçıların praymerizində qalib gəldikdən sonra deyib.

Onun sözlərinə görə, üstünlüyü Putinlə “çox yaxşı” yola getməsidir.

“Putinlə aramız əladır. Çox yaxşı anlaşırıq. Bu, yaxşıdır, pis deyil. Saxta xəbərlər real və dürüst xəbər olsa, bu ölkədəki problemlərimizin 90 faizi həllini tapardı. Ukrayna ilə bağlı vəziyyət o qədər dəhşətlidir ki... Və biz bunu həll edəcəyik, həm də çox tez”, - Tramp bildirib.

Siyasətçi əlavə edib ki, Putinlə razılığa gələ bilir, çünki yaxşı münasibətləri var. Üstəlik, Ukrayna prezidenti Vladimir Zelenskini dialoqa cəlb edəcəyinə də əmindir: “Mən prezident Putini yaxşı tanıyıram, Zelenskini isə çox yaxşı tanıyıram, onu cəlb edə bilərəm, biz müharibəni çox tez həll edə bilərik. Bu müharibə heç vaxt olmamalı idi”.

Xatırladaq ki, 2023-cü ilin mayında Tramp televiziya debatlarında Rusiyanın Ukraynaya qarşı müharibəsindən danışarkən deyib ki, 24 saat ərzində “hər kəsin ölməsini dayandıra bilər”. İyunun sonunda isə qeyd edib ki, Ukrayna hökuməti müharibəyə son qoymaq üçün ərazisinin bir hissəsini Rusiyaya verməli ola bilər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər