12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qəzzada 1 milyona yaxın insan aclığın ifrat mərhələsindədir
Tarix: 17-01-2024 00:12 | Bölmə: Slayd
Qəzzada 1 milyona yaxın insan aclığın ifrat mərhələsindədir

Qəzzanın 2,3 milyon sakininin 378 mini aclığın beşinci mərhələsində və ya fəlakətli səviyyədədir.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Qeyd edək ki, beşinci mərhələ -həddindən artıq qida çatışmazlığı, aclıq və tükənmiş sağqalma imkanları deməkdir.

Bundan başqa, 939 min insan aclığın dördüncü “fövqəladə” mərhələsindədir.

Məlumata görə, qidalanma təşkilatları və digər BMT agentlikləri yaxın iki ay ərzində zəif qidalanan uşaqların və həssas anaların qida ehtiyaclarının yalnız 25 faizini ödəyə bilər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər