12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropanın daha bir ölkəsi Ukraynaya qarşı çıxır - 50 milyardlıq veto dəstək qazanır
Tarix: 17-01-2024 09:28 | Bölmə: Slayd
Avropanın daha bir ölkəsi Ukraynaya qarşı çıxır - 50 milyardlıq veto dəstək qazanır

Slovakiyanın baş naziri Robert Fiko Macarıstanın Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avro ayrılmasına veto qoyması qərarını dəstəkləyir.

Reyting.az
xəbər verir ki, Slovakiya lideri bu barədə Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra bildirib.

R. Fiko hesab edir ki, Ukrayna bu dəstəyi alsa belə, bir neçə ildən sonra da bu müharibədə vəziyyət dəyişməyəcək.

“Hər tərəfdə daha yüz min ölü əsgər var və heç kim irəli getməyib. Ruslar Donetsk və Luqansk üzərində hərbi nəzarətlərini davam etdirəcəklər. Təbii ki, Krımı tərk etməyəcəklər, lakin Rusiyanın danışıqlarda mövqeyi yaxşılaşacaq. Rusiya ordusu isə hərbi əməliyyatlarını davam etdirəcək”, - Fiko bildirib.


Robert Fiko

Slovakiyanın baş naziri deyib ki, bu problem başqa üsulla həllini tapmalıdır:

“Kimsə düşünürsə ki, biz 50 milyard sərmayə qoyacağıq, yüzlərlə yeni silah göndərəcəyik və nəyisə həll edəcəyik, yanılır, biz heç nəyi həll etməyəcəyik, sadəcə, daha 200 min şəxsin ölümünə zəmanət vermiş olacağıq”.

Fiko həmçinin Rusiyanın təbliğat tezislərini təkrarlayaraq qeyd edib ki, Qərb tərəfdaşları guya Ukrayna hakimiyyətinə tammiqyaslı müharibənin əvvəlində barışmağı qadağan ediblər, çünki onlar “yaralı rus ayısını boşqabda tutmaq istəyirlər”.

“Ukraynanın köməyə ehtiyacı var, amma mən iddia edirəm ki, bu kömək ona heç bir təsiri olmayan şəkildə edilir. Biz indi Avropa İttifaqından ayda 1,5 milyard avro ödəyirik. Biz ruslara qarşı sanksiyalar tətbiq edirik. Bu nə vaxta qədər olmalıdır?”,- deyə R. Fiko sual verib.


Viktor Orban

Xatırladaq ki, Aİ-nin sonuncu sammitində Macarıstan Ukraynaya böyük maliyyə yardımı ayrılması qərarına veto qoyub.

Y. QACAR




Bölməyə aid digər xəbərlər