12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Almaniya bu il Ukraynaya 7 milyard avrodan çox vəsait ayıracaq
Tarix: 17-01-2024 12:07 | Bölmə: Slayd
Almaniya bu il Ukraynaya 7 milyard avrodan çox vəsait ayıracaq

Almaniyanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 7 milyard avrodan çox olacaq. Almaniya hökumətinin saytı xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, O. Şolts C. Baydenlə söhbətində Ukraynaya davamlı dəstəklə yanaşı Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib.

Şolts və Bayden Rusiyanın Ukraynaya qarşı davam edən hücumunu pisləyib və Ukraynaya maliyyə, hərbi və humanitar dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

“Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avro dəyərindən çox hərbi mallarla dəstək verəcək”, - bəyanatda deyilir.

Onu da qeyd edək ki, hazırda Ukraynaya ayrılan yardımın həcminə görə ABŞ birinci, Almaniya isə ikinci yerdədir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər