12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Apteklər dərmanları elektron reseptlə satacaq
Tarix: 17-01-2024 15:41 | Bölmə: Slayd
Apteklər dərmanları elektron reseptlə satacaq

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etməyin mümkün olmayacağını bildirib.

Reyting.az
-ın məlumatına görə, nazirlik rəsmisi deyib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.

K. Mövsümlü bildirib ki, dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlar üçün elektron resept şamil edilməyəcək: "Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3-ü möhür tələb olunurdu və bu, elektron reseptdə də olduğu kimi qalır. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq”.

Nazirlik rəsmisi daha sonra əlavə edib:

“Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsinə müraciət edib dərman vasitələrini ala biləcək. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”.(Report)





Bölməyə aid digər xəbərlər