12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər
Tarix: 17-01-2024 17:16 | Bölmə: Slayd
Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər

Qərb dünyası başa düşməlidir ki, nisbi sülh və sabitlik erası arxada qalıb və gözlənilməz dövrlər başlayıb.

Reyting.az
“İndepend”ə istinadla xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer alyansın yüksək rütbəli rəhbərliyinin iclasında deyib.

Onun sözlərinə görə, Qərb qərargah rəhbərliyinin standart hərbi planları ilə məhdudlaşmayaraq, qlobal təhlükələrə qarşı mübarizəyə bütövlükdə bütün cəmiyyəti cəlb etməlidir.

“Hər şeyin planlaşdırıldığı, gözlənildiyi, idarə olunduğu və səmərəliliyə yönəldiyi bir dövrdən, hər şeyin hər an baş verə biləcəyi bir dövrə keçirik. Düşüncələrini dəyişdirmək üçün dövlət və özəl aktyorlara ehtiyacımız var. Gözlənilməzləri gözləməli olduğumuz bir dövrdəyik”,- deyən admiral NATO-nu hərbi transformasiyaya başlamağa çağırıb.


Rob Bauer

Bauer həmçinin Qərb ölkələrinin siyasi liderlərini və hərbi rəhbərliyini Ukraynaya hərbi yardım göstərməklə bağlı yanaşmalarını kökündən dəyişməyə səsləyib.

“Bu müharibə heç vaxt Rusiyanın təhlükəsizliyinə Ukrayna və ya NATO tərəfindən real təhlükə ilə bağlı olmayıb. Bu müharibə Rusiyanın yer üzündə hər hansı fiziki silahdan qat-qat güclü bir şeydən - demokratiyadan qorxması ilə bağlıdır. Əgər Ukrayna xalqı demokratik hüquqlara malik ola bilirsə, deməli, insanlar Rusiyada da tezliklə onun üçün səy göstərəcək”, - admiral qeyd edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər