12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İki ölkədən 50 mindən çox türk çıxarılır
Tarix: 19-01-2024 11:33 | Bölmə: Slayd
İki ölkədən 50 mindən çox türk çıxarılır

Almaniya və İngiltərə parlamentləri ölkəyə qeyri-qanuni yollarla gələn və “sığınacaq hüququ olmayanların” sürətlə deportasiyasını nəzərdə tutan qanun qəbul edib.

Reyting.az
xəbər verir ki, İngiltərəyə qeyri-qanuni yollarla gələn türklər, sığınacaqları rədd edildikdən sonra, ölkələri onları geri almasa Ruandada qurulacaq düşərgəyə göndəriləcəklər.

Almaniya qanun dəyişikliyini “tez və asan deportasiya” vəziyyəti ilə təsdiqləyib. İlk mərhələdə İngiltərə ilə birlikdə cəmi 50 min türkün deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, türklər yüzdə 87 nisbəti ilə sığınacaq müraciətləri ən çox rədd edilən insanlardır və iki ölkədən deportasiya gözləyənlərin ümumi sayı 60 mini keçib.

Xatırladaq ki, Almaniyanın Ruanda və ya Şərqi Avropa düşərgələri Avropa İttifaqı (Aİ) ilə əldə olunan razılaşmaya uyğun olaraq 2026-cı ildə yaradılacaq.

Almaniya Bundestaqı tərəfindən qəbul edilərək qanuna salınan və Sığınacaq Qanunu və deportasiya hallarını tənzimləyən düzəliş, indiyə qədər edilən tətbiqləri əhəmiyyətli dərəcədə dəyişdirir.

Dəyişikliklərə əsasən polis sığınacaq yataqxanalarında və ya evlərdə qalan əcnəbiləri müəyyən etmək üçün şübhəli olan digər şəxsləri də axtarışa cəlb edə bilər. Polisə həmçinin gecə reydləri keçirmək və başqalarının otaqlarında axtarış aparmaq səlahiyyəti verilib.

Əvvəllər qaçaqlar maksimum 10 gün həbs oluna bilərdisə, indi bu müddət 28 günə qədər artırılıb. Hüquq-mühafizə orqanlarına araşdırma aparmaq üçün uzun müddət verilib. Eyni zamanda deportasiya ediləcək şəxs qısa müddətdə azad olunarsa, qaçmasının qarşısı alınacaq.

Polisə məlumat verməyən, qaçaq və ya sığınacaq axtaran şəxslə bağlı araşdırma zamanı çətinlik yaradan üçüncü şəxs də saxlanıla və məlumat verməyə məcbur edilə bilər. Məlumatın verilməməsi həbs üçün əsas olacaq.

İnsan alveri ilə məşğul olan və ya qeyri-qanuni immiqrantları ölkəyə gətirən şəxslərə qarşı da cəzalar ağırlaşdırılıb. Bu şəxslər 1 il müddətinə azadlıqdan məhrum ediləcək və əməlləri təkrarlanarsa, ölkədən deportasiya olunacaqlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər