12:36 / 14-06-2025
Sabah yağış yağacaq
NATO müharibəyə hazırlaşır
Tarix: 19-01-2024 11:55 | Bölmə: Slayd
NATO müharibəyə hazırlaşır

NATO-nun “Sabit Müdafiəçi-2024” adlı irimiqyaslı təlimində 90 min hərbçi iştirak edəcək.

Reyting.az
“Reuters” agentliyinə istinadla bildirir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kristofer Kavoli deyib.

Məlumata görə, NATO-nun son onilliklərin ən böyük təlimi gələn həftə başlayır və bu ilin may ayına qədər davam edəcək.

ABŞ generalı milli müdafiə liderlərinin iki günlük görüşündən sonra mediaya deyib: “Alyans Şimali Amerikadan gələn qüvvələrin transatlantik hərəkəti vasitəsilə Avro-Atlantik regionu gücləndirmək qabiliyyətini nümayiş etdirəcək”.

Təlim Şimal dənizindən əlavə Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək və Rusiyaya çox bənzəyən Occasus adlı qondarma düşmənin NATO üzvünə güman edilən hücumundan sonra müharibənin başlamasını simulyasiya edəcək.

Təlimlərdə NATO-nun bütün üzvlərindən və qoşulma prosedurunun tamamlanmasını gözləyən İsveç III Dünya Müharibəsinin başlanmasını simulyasiya edəcək.

Onların planlaşdırdığı dəqiqlik və miqyas məqsədlərinin adi məşqlərdən xeyli kənara çıxdığını göstərir. Ən azı 500 hava döyüşü əməliyyatının keçiriləcəyi bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər