12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi başlayıb
Tarix: 19-01-2024 17:39 | Bölmə: Slayd
Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi başlayıb

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni ticarət məhdudiyyətləri və sanksiya siyahılarının genişləndirilməsini əhatə edə biləcək 13-cü sanksiyalar paketinin müzakirəsinə start verib.

Reyting.az
“Bloomberg”-ə istinadla bildirir ki, Avropa İttifaqı fevralın 24-dək 13-cü sanksiyalar paketini təsdiqləmək niyyətindədir.

Qeyd olunur ki, çərşənbə günü blok ölkələrinin səfirləri sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətləri, habelə Rusiya Federasiyasının sanksiyalardan yayınması ilə mübarizə tədbirlərini müzakirə ediblər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər