12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Konqres Ukraynaya yardımı təsdiqləməsə, Rusiya bir neçə həftəyə qalib gələcək - Ağ ev
Tarix: 20-01-2024 17:03 | Bölmə: Slayd
Konqres Ukraynaya yardımı təsdiqləməsə, Rusiya bir neçə həftəyə qalib gələcək

ABŞ Konqresi Ukraynaya əlavə yardım göstərməsə, Rusiya bir neçə həftəyə - ən yaxşı halda aylar ərzində müharibədə qalib gələ bilər.

Reyting.az
xəbər verir ki, bunu Konqres liderləri ilə görüşdə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan və kəşfiyyat direktoru Avril Heyns bəyan ediblər.

Onların sözlərinə görə, yaxın həftələrdə Ukraynanın müəyyən hava hücumundan müdafiə və artilleriya imkanları tükəcək.

Sallivan Ukraynanın vəziyyətinin il ərzində daha da çətinləşəcəyini vurğulayıb.

Mənbələr isə bildirirlər ki, Ağ ev nümayəndələri Baydenin Kiyevə vədini yerinə yetirə bilməyəcəyindən getdikcə daha çox təşviş keçirirlər.

Rəsmilər həmçinin konqresmenlərə deyiblər ki, Ukraynaya yardımın olmaması ABŞ-a arxalanan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanı öz müttəfiqləri barədə yenidən düşünməyə vadar edə bilər.

Məlumata görə, Konqres liderlərindən ibarət ikipartiyalı qrup görüşdə Ukraynaya yardımın milli təhlükəsizlik prioritetlərindən biri olduğu barədə razılığa gəlsələr də, etiraf olunub ki, qanunvericilikdə irəliləyişin necə olacağı ilə bağlı fikir ayrılıqları var.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Ağ ev Konqresdən Ukrayna və İsrailə əlavə yardım göstərməyi xahiş etsə də, sənəd hələ də qəbul edilməyib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər