12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qlobal istiləşmə insanların ömrünü qısaldır
Tarix: 20-01-2024 18:29 | Bölmə: Slayd
Qlobal istiləşmə insanların ömrünü qısaldır

Sənayeləşmənin inkişafı ilə artan qlobal istiləşmə təbiəti məhv edir. Yeni bir araşdırma isə qlobal istiləşmənin insan ömrünü qısaltdığını üzə çıxarıb.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-dakı Sosial Tədqiqatlar üzrə Yeni Məktəb 190 ölkədən 80 illik hava şəraitini - gözlənilən ömür məlumatlarını araşdırıb və belə nəticəyə gəlib ki, qlobal istiləşmə insan ömrünü ən azı 6 ay qısaldır. Qadınlar üçün bu müddət 10 aya qədər artır.

Araşdırma nəticəsində məlum olub ki, temperaturun artması insanlarda psixi sağlamlıq problemləri yaradır və onların tez ölmləri ilə nəticələnir.

Tədqiqatçıların proqnozlarına görə, iqlim dəyişikliyi 2100-cü ilə qədər bir milyard insanı öldürəcək.

Qeyd edək ki, qlobal istiləşmə eyni zamanda istilik dalğalarına və quraqlığa, bunun nəticəsində yağan güclü yağışların yaratdığı daşqınlar isə təbiətin məhvinə səbəb olur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər