12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Maqnit qasırğası Yer kürəsini bürüyəcək
Tarix: 21-01-2024 20:12 | Bölmə: Slayd
Maqnit qasırğası Yer kürəsini bürüyəcək

Bu il Günəş öz aktivliyinin pik həddinə çatacaq. Bu səbəbdən də Yerin maqnit məkanında tez-tez pozulmalar qeydə alınacaq.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə alimlərin xəbərdarlığında bildirilir.

Məlumata görə, yanvarın 23-də maqnit qasırğası Yer kürəsini bürüyəcək. Buna baxmayaraq Günəşdə alışma çox güclü olmayacaq.

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası alimlərinin proqnozuna görə, maqnit qasırğasının G1 səviyyəsində olacağı gözlənilir (maqnit qasırğalarının təsnifatında ümumilikdə beş səviyyə var - G1-dən G5-ə qədər).

Günəş aktivliyinin təxminən üç saat davam edəcəyi və pik nöqtəsinin səhər tezdən olacağı bildirilir. Eyni zamanda, ayın sonuna kimi geomaqnit pozğunluqlarının başvermə ehtimalı aşağı olacaq.

Əvvəllər ekspertlər xəbərdarlıq edirdilər ki, günəş alovları 2024-cü ildə öz apogeyinə çatacaq və bu, çoxsaylı geomaqnit pozğunluqlarına səbəb olacaq.

Maqnit fırtınaları niyə baş verir?


Maqnit fırtınaları günəş alovları səbəbindən baş verir və bu zaman plazma kosmosa buraxılır. Bu emissiya Yerin səthinə çatır, maqnit sahəsinə toxunur və bu, maqnit qasırğalarına səbəb olur.

Maqnit qasırğalarının insanlara təsiri

Maqnit qasırğalarının insanlara təsirinin sübut olunmamasına baxmayaraq, planet əhalisinin 50-70 faizinin bunu hiss etdiyinə dair sübutlar var.

Belə günlərdə atmosferdən asılı insanlar özlərini pis hiss edə bilər, çünki geomaqnit aktivliyi səbəbindən atmosferdə təzyiq dəyişiklikləri olur. Bu səbəbdən həkimlər insanlara alkoqol və duz qəbulunu məhdudlaşdırmağı, stress və əsəb gərginliyindən uzaq durmağı, daha çox su içməyi tövsiyə edir. Həmçinin ağır yağlı yeməklərdən imtina etməli və meyvə-tərəvəzə üstünlük verilməlidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər