12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bölgələrə yağış və qar yağır, Xəzərdə dalğa 3.8 metrə çatır
Tarix: 22-01-2024 08:43 | Bölmə: Slayd
Bölgələrə yağış və qar yağır, Xəzərdə dalğa 3.8 metrə çatır

Hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir 25-30 m/s-yə çatır.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-si saat 08:00-a olan məlumatında bildirilir.

Neft Daşları stansiyasının məlumatına görə, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan və Tərtərdə yağış, Gədəbəydə isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcəyi bildirilir.




Bölməyə aid digər xəbərlər