Ukrayna ilə bağlı vacib qərar... - Avropa liderləri təcili tədbir görəcək
Tarix: 18-04-2024 11:56 | Bölmə: Slayd
Ukrayna ilə bağlı vacib qərar... - Avropa liderləri təcili tədbir görəcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Ukrayna üçün təcili olaraq yeni hava hücumundan müdafiə sistemlərinin verilməsini dəstəkləyiblər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Avropa Şurasının Brüsseldə keçirilən sammitinin yekununda deyilir.

Avropa liderləri proseslərin intensivləşməsinin döyüş sursatlarına da şamil ediləcəyini dəqiqləşdiriblər.

Yekunda deyilir ki, Avropa Şurası Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemlərinin verilməsinin və bütün lazımi hərbi yardımların, o cümlədən artilleriya sursatlarının və raketlərin çatdırılmasının sürətləndirilməsi və intensivləşdirilməsinin zəruriliyini vurğulayır.

Eyni zamanda, Aİ liderləri Aİ Şurasını növbəti iclasında lazımi tədbirləri təmin etməyə çağırırlar.

İttifaqın Şurası Rusiyanın immobilizasiya olunmuş aktivlərindən əldə edilən gözlənilməz gəlirlərin Ukraynaya yönəldilməsi təklifləri üzrə irəliləyişi alqışlayır və bu təklifin tezliklə təsdiqlənməsini vacib sayırlar.

Bildirilir ki, Ukraynaya hərbi yardım ayrı-ayrı üzv ölkələrin təhlükəsizlik və müdafiə siyasətlərinə uyğun olaraq və Aİ-yə üzv dövlətlərin təhlükəsizlik və müdafiə maraqları nəzərə alınmaqla həyata keçiriləcək.

Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirdiyi brifinqdə Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı yaxşı müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, potensial və imkanlara malik olan üzv ölkələr Ukraynaya çoxlu sayda müxtəlif sistem və sursatların verilməsinin zəruriliyini başa düşürlər.

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməyə son dərəcə sadiqdir.

Şarl Mişel prezident Vladimir Zelenskinin çağırışına uyğun olaraq Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün vaxt çərçivəsindən də danışıb: “Bu, ayların məsələsi deyil. Bu, günlər və həftələr məsələsidir. Bizim vədlərimizə əməl etməyimiz çox vacibdir”.

Mişel əmin edir ki, bütün maraqlı tərəflər Ukraynaya yardım göstərmək, o cümlədən istehsal imkanlarını artırmağı sürətləndirmək və daha çox səy göstərmək üçün mümkün olan hər şeyi edirlər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}