MKİ direktorundan xəbərdarlıq: "...Ukrayna ilin sonunadək məğlub ola bilər"
Tarix: 19-04-2024 14:19 | Bölmə: Slayd
MKİ direktorundan xəbərdarlıq: "...Ukrayna ilin sonunadək məğlub ola bilər"

"Əgər ABŞ daha çox hərbi dəstək göndərməsə, Ukrayna ilin sonuna qədər Rusiyaya qarşı müharibədə məğlub olacaq".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

O, Texasdakı Corc Buş Mərkəzində keçirilən “2024 Liderlik Forumu”nda çıxş edib və Rusiyaya qarşı Ukraynanın sonadək dəstəklənməsinin vacibliyni qabardıb: "Yoxsa dediyim kimi, 2024-cü ilin sonuna doğru Ukrayna döyüş meydanında məğlub olacaq. Artıq Ukraynanın müdafiə sursatı da, bizim onlara kömək etmək vaxtımız da tükənir. ABŞ Ukraynaya dəstəyini gecikdirməməlidir. Yoxsa hər şey gec olacaq".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}