21:16 / 11-07-2025
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - (Yenilənib)
19:05 / 11-07-2025
"Qarabağ" klubu növbəti yoxlama oyununda qalib gəlib
18:06 / 11-07-2025
İqtisadi Şuranın iclası keçirilib
18:02 / 11-07-2025
Maliyyə Nazirliyi depozit hərracları keçirib
17:59 / 11-07-2025
Yerə düşən Mars parçası satışa çıxarılır
17:47 / 11-07-2025
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
17:45 / 11-07-2025
Fransada üç deputatın mandatı ləğv edilib
17:37 / 11-07-2025
Kim Çen In Putinə nə qədər sursat verir?
17:32 / 11-07-2025
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
17:24 / 11-07-2025
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
17:08 / 11-07-2025
Böyük şəhərlərdə pensiyalar verilir
17:01 / 11-07-2025
Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişib - Fərman
16:57 / 11-07-2025
Prorektor vəzifədən azad olunub
16:56 / 11-07-2025
Rusiya Polşanın Baş Konsulluğunu bağlayır
16:32 / 11-07-2025
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
16:06 / 11-07-2025
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
15:45 / 11-07-2025
"Karvan" daha bir futbolçu ilə anlaşıb
15:41 / 11-07-2025
Havanın temperaturu 41 dərəcəyə qalxacaq - Xəbərdarlıq
15:06 / 11-07-2025
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
14:35 / 11-07-2025
Azərbaycan I Liqasının başlama tarixi bəlli olub
14:33 / 11-07-2025
Azərbaycanın daha iki abidəsi UNESCO-nun siyahısına daxil edilib - Foto
14:09 / 11-07-2025
Mollazadə: “Danışıqlardan müsbət nəticə gözləyirik”
13:51 / 11-07-2025
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir
13:50 / 11-07-2025
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqlənib
13:45 / 11-07-2025
Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında sərəncam imzalanıb
13:38 / 11-07-2025
Ukrayna üçün final faciəli olacaq
13:03 / 11-07-2025
Hovuzlarla bağlı yeni qadağa tətbiq edilib
13:03 / 11-07-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:58 / 11-07-2025
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
12:55 / 11-07-2025
Putin uzunmüddətli müharibəyə hazırlaşır
12:16 / 08-07-2025

15:10 / 07-07-2025

14:53 / 10-07-2025

13:25 / 08-07-2025

17:43 / 07-07-2025

11:01 / 07-07-2025

18:33 / 07-07-2025

17:07 / 08-07-2025

14:27 / 09-07-2025

00:11 / 11-07-2025

14:39 / 07-07-2025

11:36 / 07-07-2025

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
Tarix: 22-04-2024 18:56 | Bölmə: Gündəm

Azərbaycan prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.
Reyting.az xəbər verir ki, bu barədə Kreml məlumat yaylb.
Bildirilib ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının (BAM) veteranları ilə görüşəcəklər.
***
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.
Reyting.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
***
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.

Reyting.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevi salamlayan Rusiya prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu. Gəldiyiniz üçün sağ olun.
Bu günlərdə BAM-ın (Baykal-Amur Magistralının) 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, hökumət komissiyasına rəhbərlik edən atanız dəfələrlə tikintiyə baş çəkərək bu məsələdə çox əhəmiyyətli rol oynayıb. Əslində o, bütün Sovet İttifaqı üçün mühüm olan bu nəhəng layihənin təşkilatçılarından biri olub. Biz təkcə bu barədə bilməklə kifayətlənmirik, həm də bunu xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yad edirik.
Bu gün bizim həm də BAM-ın veteranları ilə görüşümüz olacaq, danışılacaq bir çox mövzu var. İndi biz, yəqin ki, Siz bu barədə bilirsiniz, Şərq poliqonu adlı marşrutu inkişaf etdiririk, həm BAM, həm də Transsib onunla bağlıdır. Beləliklə, bütün bunlar bu gün də bizim üçün əhəmiyyətlidir, həm də çox böyük əhəmiyyətə malikdir.
Düşünürəm, hətta əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Onu nəzərdə tuturam ki, bir çox tərəfdaşlarımız bu və ya digər dərəcədə bu nəqliyyat arteriyasından istifadə edirlər.
Əlbəttə, bizim yüksək səviyyədə olan və inkişaf edən ikitərəfli münasibətlərimizdən danışmaq imkanımız olacaq. Əmtəə dövriyyəmiz artır: o, artıq 4 milyard dollardan da çoxdur. Dollar ekvivalentində desək, Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası 6 milyarddır. Hökumətlərarası komissiya fəal işləyir. İqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var, zənnimcə, onların bir neçəsi ölkələrimizin ictimaiyyətinə məlumdur.
Sözsüz ki, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən də danışacağıq. Bir çox məsələlər var ki, onlar olduqca həssasdır. Biz Sizinlə onların hər birini müzakirə edəcəyik.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
x x x
Azərbaycan prezidenti İlham Əliyev deyib:
- Hörmətli Vladimir Vladimiroviç.
Dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam.
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da görüşəcəyik.
Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada, Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Sizin də qeyd etdiyiniz kimi gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.
Bugünkü görüşə görə bir daha minnətdarlığımı bildirirəm və əminəm ki, bu, münasibətlərimizin inkişafına yeni təkan verəcək.
Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.

Bölməyə aid digər xəbərlər

Bu gün, 15:06
Sosial xidmət müəssisələrinə nəzarət qrupu yaradılır
Dünən, 19:48
Daha 30 ukraynalı uşağı Azərbaycana gətiriblər
9-07-2025, 12:01
Əliyevlə Paşinyan sabah Əbu-Dabidə görüşəcək
9-07-2025, 11:16
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - Video
9-07-2025, 10:16
Milli Məclis daha 13 məsələni müzakirəyə çıxaracaq - Siyahı
8-07-2025, 19:47
Zərərçəkmiş və hüquqi varislər Vardanyanın məhkəməsində ifadə verib
8-07-2025, 17:16
İlham Əliyev İordaniya ilə sazişi təsdiqləyib
8-07-2025, 17:13
İldırım Vəliyevə ali xüsusi rütbə verilib
8-07-2025, 17:07
Prezident dörd nəfərə diplomatik rütbə verib - Siyahı
8-07-2025, 11:49
Prokurorluqda qulluqda olmanın yaş həddi artırılır
8-07-2025, 11:44
Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri qəbul edib
7-07-2025, 20:12
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
7-07-2025, 15:50
İlham Əliyev Çinlə bağlı daha bir müqaviləni təsdiqləyib
7-07-2025, 15:07
Prezident vərəsəlik şəhadətnaməsi ilə bağlı yeni qanunu təsdiqləyib
7-07-2025, 14:39
Prezident instituta rektor təyin edib - Foto
7-07-2025, 11:17
İlham Əliyev Pakistan nümayəndə heyətini qəbul edib - Fotolar
7-07-2025, 10:47
Qarabağ zonasında daha 2331.8 hektar ərazi minalardan təmizlənib
7-07-2025, 10:39
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
6-07-2025, 18:08
Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəlib
5-07-2025, 14:16
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
4-07-2025, 19:48
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
4-07-2025, 19:14
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
4-07-2025, 18:42
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Yenilənib
4-07-2025, 17:42
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
4-07-2025, 16:59
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
4-07-2025, 16:01
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
4-07-2025, 15:47
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
4-07-2025, 14:28
Prezident: "Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır"
4-07-2025, 11:51
İlham Əliyev Şahbaz Şərifi Xankəndidə qarşılayıb - (Yenilənib)
4-07-2025, 11:18
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olunub
4-07-2025, 11:08
İlham Əliyev Donald Trampa məktub göndərib
4-07-2025, 09:37
Tacikistan prezidenti Azərbaycana gəlib
3-07-2025, 22:38
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
3-07-2025, 19:57
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
3-07-2025, 19:05
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar