Kim Çen In Putinə nə qədər sursat verir?
Tarix: 11-07-2025 17:37 | Bölmə: Dünya
Kim Çen In Putinə nə qədər sursat verir?

Pxenyan və Moskva arasında tərəfdaşlıq dərinləşdikcə, Şimali Koreya Ukrayna ilə müharibə üçün Rusiyaya 40 faizə qədər sursat verir.

Reyting.az
-ın məlumatına görə, bunu “Bloomberg” agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, Kim Çen In rejimi Rusiyaya, xüsusən də ballistik raketlər və artilleriya sistemləri göndərir. Bu arada Rusiya Şimali Koreyanı pul və texnologiya ilə təmin edərək, Pxenyanın beynəlxalq təcridini zəiflətməyə kömək edir.

“Bunlar yaxşı silahlardır. Şimali Koreyanın böyük ehtiyatları var və orada istehsal gecə-gündüz davam edir”,- Budanov bildirib.

Nəşr yazır ki, Budanovun Rusiyanın Şimali Koreyadan aldığı silah arsenalları ilə bağlı qiymətləndirməsini yoxlamaq mümkün olmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb