Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!
Tarix: 11-07-2025 17:32 | Bölmə: Slayd
Aİ Azərbaycan və Ermənistana çağırış edib: sülh sazişini tezləşdirin!

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı sülh sazişini mümkün qədər tez imzalayıb, ratifikasiya etməyə çağırır.

Reyting.az
xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anita Hipper deyib.

“Avropa İttifaqı iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır. Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir”,- A. Hipper əlavə edib:

“Daha əvvəl qeyd olunduğu kimi, biz 2025-ci ilin martında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışladıq. Bu, regionda davamlı sülh və təhlükəsizliyə nail olmaq yolunda mühüm addımdır. Biz hər iki tərəfi sülh sazişi layihəsini tez bir zamanda imzalamağa və ratifikasiya etməyə çağırırıq”.

A. Hipper sonda bildirib ki, tərəflər xahiş edərsə, Aİ əlavə dəstək və ekspert məsləhəti verməyə hazırdır.

Y. QACAR




Bölməyə aid digər xəbərlər