22:43 / 27-08-2025
Çempionlar Liqası: "Qarabağ" qruplara yüksəlib
21:14 / 27-08-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibi darmadağın edib
18:09 / 27-08-2025
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
18:00 / 27-08-2025
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
17:45 / 27-08-2025
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yayıb
17:40 / 27-08-2025
Hüseynli mərhum qardaşları ilə bağlı yayılan xəbərə sərt reaksiya verib
17:18 / 27-08-2025
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
16:59 / 27-08-2025
Ağdərədə oğurluq edənlər tutulublar
16:47 / 27-08-2025
Xırdalanda DOST Mərkəzi yanır
16:24 / 27-08-2025
Sənaye metallarının qiyməti artıb
16:11 / 27-08-2025
Süni intellektlə bağlı yeni layihə təqdim olunub
16:11 / 27-08-2025
Daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:06 / 27-08-2025
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15:51 / 27-08-2025
Rus ordusuna qarşı yeni plan hazırlanır
15:49 / 27-08-2025
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
15:36 / 27-08-2025
Gəncədə iki qonşu bir-birini bıçaqlayıb
15:30 / 27-08-2025
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
15:15 / 27-08-2025
Sumqayıtda çörək sexində yanğın olub
15:08 / 27-08-2025
Daha müasir silahlar nümayiş olunacaq - Foto
14:59 / 27-08-2025
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub
14:43 / 27-08-2025
Hökumətlə meriya arasında qarşıdurma yaranıb
14:35 / 27-08-2025
QHT koalisiyası 16 yaşlı İbrahimin azadlığa buraxılmasını tələb edir
14:21 / 27-08-2025
Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu 1/4 finala yüksəlib
14:00 / 27-08-2025
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
13:54 / 27-08-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
13:38 / 27-08-2025
Merz: Moskva sülh yolu ilə nizamlanmaya mane olur
13:31 / 27-08-2025
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
13:18 / 27-08-2025
Vəkil Fəxrəddin Mehdiyev avtomobil qəzasında xəsarət alıb
12:57 / 27-08-2025
Samuxda açıq ərazidə yanğın başlayıb
15:41 / 25-08-2025

18:02 / 23-08-2025

00:05 / 23-08-2025

14:25 / 23-08-2025

22:48 / 22-08-2025

14:04 / 26-08-2025

14:28 / 23-08-2025

19:23 / 24-08-2025

16:27 / 23-08-2025

00:03 / 25-08-2025

16:05 / 23-08-2025

10:51 / 25-08-2025

Ərdoğan kürd məsələsində ən riskli addımını atır
Tarix: 11-07-2025 00:11 | Bölmə: Slayd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi karyerasının ən riskli addımını atır: o, nəhayət ki, ölkə tarixindəki ən uzun münaqişələrdən birinə son qoymaq və sarsıntılı siyasi mövqeyini saxlamaq üçün kürd azlıqları öz tərəfinə çəkməyə çalışır.
Reyting.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur ki, planın mahiyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri, İmralı adasında ömürlük həbs cəzası çəkən və on illərdir 1 nömrəli xalq düşməni sayılan Abdulla Öcalana siyasi gələcək verməkdir:
Öcalanın özü uzun illərdən sonra ilk dəfə videomüraciətlə PKK-nın müstəqil dövlət uğrunda mübarizədən əl çəkdiyini və silahı tamamilə yerə qoymağa hazır olduğunu bəyan edib. Silahların ilk partiyaları yaxın günlərdə İraqın Süleymaniyyə şəhərində təhvil veriləcək.
Ərdoğan niyə belə edir?
2024-cü il bələdiyyə seçkilərində ağrılı məğlubiyyətdən, o cümlədən əsas mühafizəkar bölgələrin itirilməsindən sonra Ərdoğan ənənəvi dəstəyinin çox hissəsini itirməli oldu. Müxalifətə qarşı kütləvi repressiyalar fonunda (İstanbul meri Əkrəm İmamoğlu həbs edilib, bütün ölkə üzrə müxalifət bələdiyyə sədrləri həbs olunur) prezidentin yeni sosial baza yaratmasına böyük ehtiyac var. İndi Türkiyə əhalisinin təxminən 15-20 faizini təşkil edən kürdlərə istinad edilir.
Amma bu addım böyük riskdir: türklərin əksəriyyəti ənənəvi olaraq PKK-nı terrorçu, Öcalanın özünü isə qatil kimi qəbul edir. Kürdlər, öz növbəsində, onilliklər boyu davam edən zülmdən və uğursuz sülh təşəbbüslərindən sonra hakimiyyətə son dərəcə şübhə ilə yanaşırlar.
Öcalanla yeni razılaşma
Prosesdə əsas fiqur ultra-millətçilərin lideri, Ərdoğanın köhnə müttəfiqi Dövlət Baxçalı idi. Hələ 2007-ci ildə o, Öcalanı edam etməyə çağırırdı və indi özü də təklif edirdi ki, parlamentdə çıxış edə bilər - bir şərtlə ki, PKK tamamilə tərksilah olunsun. Bunun ardınca Öcalanın özünün yüksək səslə bəyanatı olub və o, silahlıları silahlarını yerə qoymağa və təşkilatın özünü ləğv etdiyini elan etməyə çağırıb.
Mayın 12-də PKK silahlı mübarizənin sona çatdığını rəsmən elan edərək, “tarixi missiyasının” yerinə yetirildiyini bildirib. Lakin bu, kürdlər arasında ruh yüksəkliyi yaratmadı. Hüquq müdafiəçisi Nurcan Baysal vurğulayır ki, bəyanatlarda kürdlərin mədəni, dil və inzibati hüquqlarına toxunulmayıb.
“Kürd şəhərlərində yaşayan insanlar üçün bu, sülh prosesi deyil, sadəcə, problemin mahiyyətini dəyişdirmədən PKK-nı yox etmək cəhdidir”,- o deyir.
Etibar və skeptizm
Etibarsızlıq keçmiş təcrübədən qaynaqlanır: Ərdoğanın əvvəlki sülh təşəbbüsləri iflasa uğradı və yeni addımlar dünyəvi müxalifətin sərt repressiyaları ilə birləşdi.
Siyasi şərhçi İpək Özbəy deyir:
“Seçilmiş bələdiyyə başçıları həbsdədirsə və məhkəmənin müstəqilliyi şübhə altındadırsa, demokratiyadan danışmaq mümkün deyil”.
Hətta prezidentin müttəfiqləri arasında da bu məsələdə birlik yoxdur: bir çoxları bu mövzunun Türkiyə cəmiyyəti üçün nə qədər “partlayıcı” olduğunu başa düşərək, açıq danışmamağa üstünlük verirlər.
Məqsəd yeni konstitusiyadırmı?
Müşahidəçilər hesab edir ki, Ərdoğanın əsl məqsədi uzunmüddətli sülh deyil, hakimiyyətini gücləndirməkdir. Artıq prezidentə səlahiyyət müddətini uzatmaq və mahiyyətcə ömürlük lider olmaq şansı vermək üçün konstitusiyanın dəyişdirilməsindən danışılır. Bunun üçün ona parlamentdəki kürd deputatların səsi lazım ola bilər.
Baysal hesab edir ki, “Ərdoğan istənilən mövzudan öz mənfəəti üçün istifadə edə bilir – “Kürd məsələsi” də istisna deyil”.
Yeganə sual budur ki, kürdlər özləri də hakimiyyətə etibar etməyə və sövdələşməni dəstəkləməyə hazırdırlarmı?
Əsas məsələ kürdlərin istəyidir
DEM Partiyası qrupunun sədr müavini Sezai Temellinin qeyd etdiyi kimi, “kürd məsələsi” və Türkiyənin demokratikləşməsi ayrılmaz şəkildə bağlıdır. “Kimsə hakimiyyətdə qalmaq üçün kürd kartından istifadə etsə, təəccüblənməyəcəyik, amma inanırıq ki, bu məsələ seçki hesablamaları xaricində həll olunmalıdır”.
Nəhayət, Ərdoğanın riskli “kürd hərəsi”nə baxmayaraq, prosesin taleyi ondan çox deyil, kürdlərin hökumətin vədlərinə inanıb inanmamasından və bunda çoxdan gözlənilən sülh üçün real şans görüb-görməməsindən asılıdır.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:09
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
Bu gün, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 13:31
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
Bu gün, 12:50
Keçmiş rəqiblər barışır: Türkiyə Səddamla əlaqə qurur
Bu gün, 09:28
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub
Dünən, 11:13
Zəngəzur dəhlizi Türkiyəyə effektiv yol açır
25-08-2025, 18:21
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var
25-08-2025, 17:14
Qəzzada 300 nəfər acından ölüb - 117-si uşaqdır
25-08-2025, 16:46
ABŞ Rusiya təyyarələrini ələ keçirib
25-08-2025, 15:29
Putin Trampı aldadır
25-08-2025, 11:32
NATO dağıla bilər
25-08-2025, 10:51
Ermənistan ordudan imtina edir?
23-08-2025, 16:27
Bayramovla Lavrov arasında telefon danışığı olub
22-08-2025, 14:42
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir
22-08-2025, 13:04
Hərbi ekspert: Problemimiz müttəfiqlərimiz Türkiyə və İsrail arasındakı gərginlikdir
22-08-2025, 11:14
ABŞ İrana yeni sanksiya tətbiq edib
21-08-2025, 18:23
Trampın Rusiya-Ukrayna siyasəti iflasa uğrayacaq - Professor
21-08-2025, 14:49
Zərərçəkən ermənilərin məhkəməsində: "Girovluqda ərimin başını kəsdilər"
21-08-2025, 10:38
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur
21-08-2025, 09:27
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
21-08-2025, 08:08
Sentyabrda Ay, Günəş və Venera tutulacaq
20-08-2025, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
20-08-2025, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
20-08-2025, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
20-08-2025, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
20-08-2025, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
19-08-2025, 16:05
İsazadə: Atəşkəs üçün yeganə şans Putin-Zelenski görüşü ola bilər
19-08-2025, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
19-08-2025, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
19-08-2025, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
19-08-2025, 12:09
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir
19-08-2025, 11:07
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
19-08-2025, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
19-08-2025, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?
18-08-2025, 10:41
Putin daha çox ərazi istəyir - Foto
18-08-2025, 08:18
Tramp ölkə başçılarını Ağ evə toplayır
18-08-2025, 07:53
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
18-08-2025, 07:47
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır