Maliyyə Nazirliyi depozit hərracları keçirib
Tarix: 11-07-2025 18:02 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyi depozit hərracları keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracları təşkil edib.

Reyting.az
xəbər verir ki, hərracın nəticələrinə əsasən, ümumilikdə 850 milyon manat xəzinə vəsaiti realizə edilib. Belə ki, kapitallaşma və aktivlərinin həcminə görə ölkənin ən iri 5 bankından təklif təqdim edən 2 bankda 28 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə 350 milyon manat, 4 bankda isə 90 gün müddətinə, 7,25 % orta çəkili faiz dərəcəsi ilə 500 milyon manat vəsait depozitə yerləşdirilib.




Bölməyə aid digər xəbərlər